Məşhur klassika yenidən böyük ekranda: "Uğultulu təpələr"

Məşhur klassika yenidən böyük ekranda: "Uğultulu təpələr"
16 fevral 2026
# 15:00

Emerald Fennellin görkəmli ingilis yazıçı Emili Brontenın “Uğultulu təpələr” romanı əsasında çəkdiyi eyniadlı film dünya kinoteatrlarında nümayişə çıxıb.

Kulis.az xəbər verir ki, rejissor filmin tamaşaçıda “ibtidai, instinktiv bir reaksiya” oyatmalı olduğunu bildirib.

Qeyd edək ki, 1847-ci ildə nəşr olunan və ədəbiyyat tarixində ən sarsıdıcı məhəbbət hekayələrindən biri sayılan “Uğultulu təpələr” ilk yayımlandığı dövrdə sevgi romanı kimi qarşılanmamışdı. Əksinə, əsər həddindən artıq sərt, qaranlıq və ifrat emosional olduğu üçün uzun müddət mübahisələr doğurmuşdu. Hətta romanın ekranlaşdırılmasının çətin, bəzən isə mümkünsüz olduğu deyilib.

Emerald Fennell isə bildirib ki, romanı olduğu kimi uyğunlaşdırmaq mümkün deyil:

“Kitabı olduğu kimi ekranlaşdıra bilmərəm, amma onun məndə yaratdığı hissi ifadə edə bilərəm”.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər