Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla
24 avqust 2026
# 12:50

Kventin Tarantino imzalı "Once upon a time in Hollywood" filminin davamı olan və Kliff But obrazının yeni hekayəsini diqqət mərkəzinə gətirən "The Adventures of Cliff Booth" filmi izləyicilərə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, ssenarisi Tarantino tərəfindən yazılan ekran işinin rejissorluq kürsüsündə Devid Finçer əyləşib.

Film noyabrın 25-də iki həftə müddətində IMAX kinoteatrlarında nümayiş olunduqdan sonra rəqəmsal platformada yayımlanacaq.

Bədii filmdə Bred Pitt ("Oskar" qazandığı Kliff But rolu ilə) yenidən baş rolu ifa etsə də, Leonardo DiKaprio Rık Dalton obrazı ilə layihədə yer almayıb.

Filmin aktyor heyətinə Timoti Olifant, Yahya Abdul-Matin II, Skott Kaan, Elizabet Debiki, Holt MakKallani və Piter Veller daxildir.

Qeyd edək ki, ekran işinin ilk fraqmenti ilin əvvəlində "Super Bowl" tədbirində təqdim edilib.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər