“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə
18 noyabr 2025
# 16:57

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin həyata keçirdiyi “Yeni ədəbiyyatı tanıyaq” layihəsi davam edir.

Kulis.az xəbər verir ki, növbəti müzakirə 27 noyabr saat 12:00-da baş tutacaq.

Bu dəfə tədbirdə yazıçı Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım” romanı və çağdaş Azərbaycan ədəbiyyatında avtofiksiya mövzusu müzakirə ediləcək.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər