Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?
24 aprel 2026
# 14:20

Bu gün tanınmış ingilis yazıçı Daniel Defonun anım günüdür.

Kulis.az Nuranə Nuriyevanın "Sərgüzəşt və macəra ədəbiyyatının mahir ustası" yazısını təqdim edir.

XVIII əsrin Avropa cəmiyyəti sosial-mədəni sfera kimi daha çox "maarifçilik epoxası" olaraq tanınmaqdadır. Feodal ictimai-tarixi münasibətlərinin öz yerini burjua-kapital münasibətlərinə tərk etməsi ilə səciyyələnən bu epoxa sosial-iqtisadi həyatda olduğu kimi ictimai-fəlsəfi fikirdə, o cümlədən də bədii-estetik düşüncədə köklü yeniləşmələr meydana gətirir. Maarifçilik dövrü ədəbiyyatının əsas istiqamətləri klassisizm, maarifçi realizm, sentimentalizm, erkən romantizm idi. Hər bir Avropa ölkəsine həmin istiqamətlərin yerli mühitdən doğan özünəməxsusluğu nəzərə çагрmaqdadır. İngilis ədəbiyyatında bu dövrə Stil və Addisonun jurnalistlik fəaliyyəti, Aleksandr Popun, Daniel Defo və Conatan Sviftin yaradıcılığı daxildir. Klassisizmlə bağlı olan yazıçılar antik incəsənətin süjet, forma və obrazlarına müraciət edərək onları dövrün gerçəkliyinə uyğunlaşdırırdılar. Addisonun "Katon" faciosi, Popun satirası belə yaranmışdır. Lakin ingilis klassisist ədəbiyyatı oxucular arasında geniş yayılmadı və yalnız bir qrup seçmə adamın diqqətini çəkdi. Bu dövrdə daha çox Daniel Defonun romanları tanınmağa başladı.

Belə ki, məhz Stil və Addisonun jurnalistlik fəaliyyəti, Defo və Sviftin yaradıcılığı maarifçi realizmin başlanğıcı oldu. Yeni dövr Avropa realist romanının banisi Daniel Defo (1660-1731) hesab olunur. Onun yaradıcılığı ingilis nəsrinin təkamülündə bütöv bir dövrü əhatə edir. Maarifçilik romanı tarixində ilk pillə olmaqla bərabər, Defo yaradıcılığı XIX yüzillikdə sosial mühitin irimiqyaslı mənzərəsini əks etdirən realist romana yol açmışdır. Defo ənənələrini Henri Fildinq (1707-1754) və Tobayas Corc Smolletlə (1721-1771) yanaşı Çarlz Dikkens (1812-1870) də davam və inkişaf etdirmişdir. Defo roman janrının macəra, bioqrafiya, psixoloji, tarixi və tərbiyəvi roman kimi rəngarəng növlərinin əsasını qoymuşdur. Onun yaradıcılığında bu formaların daxili strukturu hələ tam mükəmməlliyi ilə açılmasa da, məhz Defo onları özünəməxsus şəkildə işləmiş, roman janrının ümumi plandakı əsas xəttini müəyyənləşdirmişdir.

D.Defo özünün insan konsepsiyasında maarifçilik görüşlərindən çıxış edərək insanın xeyirxah təbiəti barədə fəlsəfi-estetik mülahizələr irəli sürür, bəşəri humanizmin formalaşmasında sosial mühit amilinin həlledici təsirə malik olduğunu əsaslandırmağa çalışırdı. İngilis jurnalistikası tarixindəki köklü keyfiyyət dəyişiklikləri ilə bağlı mühüm rol da Daniel Defoya məxsusdur. Öz dövrünün siyasi hadisələri burulğanına düşən yazıçı burjua cəmiyyətinin təşəkkül prosesləri keçirdiyi əsas siyasi və dini mübarizələrin iştirakçısı olmuşdur. O, özünün çoxtərəfli fəaliyyəti ilə özündə burjua iş adamı və siyasətçisini, eləcə də fəal publisist və istedadlı yazıçını birləşdirən unikal bir şəxsiyyətə çevrilmişdi. Daniel Defo ət saticısı və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə dünyaya gəlmişdir. Onun ailəsi puritan idi və dissenterlərin dini-fəlsəfi görüşlərinin daşıyıcısı idilər (Dissenterlər XVI-XVIII əsrlərdə hakim kilsəyə qarşı çıxmaları ilə tanınırdılar).

Defo puritan ruhani akademiyasına oxumağa verilsə də, heç vaxt dini həyata güclü meyl etməmişdir. Onu daha çox kommersiya əməliyyatları cəlb etmiş, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olmuşdu. Ədəbi fəaliyyətə 1697-ci ildə başlayan Defo ilk çalışmalarını jurnalistika istiqamətində aparmış, "Layihələrə dair təcrübə" (An Essay upon projects, 1697) əsərində bir sıra iqtisadi və ictimai islahatlar keçirilməsi ideyasını irəli sürmüş, vətəndaş azadlıqlarına dair broşüralar yazmışdır. O, 1685-ci ildə kral Yakov əleyhinə hersoq Monmutun başçılıq etdiyi üsyana qatılmış, üsyançıların məğlubiyyətindən sonra uzun müddət gizlənmək məcburiyyətində qalmışdı. ا 1688-ci ildə III Vilhelm siyasətini dəstəkləyən Defo kral III Vilhelm Oranlını "qeyri-ingilis" kimi gözdən salmağa çalışan zadəganlara qarşı yönəldilmiş "Əsl ingilis" (The True-Born Englishman. A Satyr, 1701) adsatirik şerini yazaraq özünə müsbət siyasi imic və karyera qazanmağa çalışır.

Defo Vilhelmə qarşı yönəlmiş ittihamı rədd edir və sübut etməyə çalışırdı ki, "osl ingilis" kəlməsinin mövcudluq haqqı yoxdur, belə ki, ingilis milləti müxtəlif millətlərin qarışması nəticəsində ortaya çıxmışdır. Genealogiyaya müraciət edən Defo Britaniya əsilzadələrinin "əsl ingilis" adlandırılmasının doğru olmadığını nəsil-tayfa şəcərələrinin tarixi mənzərəsi ilə əsaslandırırdı. Əsilzadələrə qarşı olan kin və satirik kinayə Defonun satirasını tez bir zamanda xalq arasında məşhurlaşdırdı. III Vilhelmin ölümündən (1702) sonra ingilis kilsəsi fəallaşdı və dissenterlərin təqibi gücləndi.

Bu ərəfədə Defo anonim şəkildə "Dissenterlərə divan tutmağın kəsə yolu" (The Shortest Way with the Dissenters, 1702) pamfletini yazdı. Pamfletdə etiqad azadlığını müdafiə etdiyi üçün Defo rüsvayçılıq sütununa bağlanmağa və həbsə məhkum olundu. Hələ vətəndaş edamının həyata keçirilməsindən önce Defonun Nyuget hobsxanasında yazdığı "Rüsvayçılıq sütununa himn" (A Hymn to the Pillory, 1703) şeri xalq arasında geniş yayılmışdı. Xalq nəğməsi formasında yazılan "Himn" Defo rüsvayçılıq sütununa məhkum olunanda böyük izdiham tərəfindən müəllifi salamlamaq üçün oxunur. Hökumətin gizli xəfiyyəsi olmağa razılıq verən Defo bunun müqabilində həbsdən azad edilir. Artıq yazıçı viqlər və torilər arasında fərq qoymur. O, hər iki partiyaya xidmət edir. Bu illərin kəşməkəşli sosialsiyasi prosesləri D.Defonun ədəbi-estetik baxışlarına güclü təsir göstərmişdir. Onun qələmə aldığı bədii əsərlərdə cəmiyyətin daxili mexanizmində hökm sürən ədalətsizliyə, amansızlığa, antihumanist cəhətlərə açıq və ya dolayı şəkildə münasibət bildirilirdi. Yazıçı bədii sözün gücüylə həyata müdaxilənin bütün mümkün variantlarını gerçəkləşdirməyə cəhd edirdi.

Onun siyasi və ədəbi-estetik baxışlarının sintezi şəklində ortaya çıxan maarifçilik ruhlu əsərləri bu tendensiyanın təzahürü idi. Bu sıradan, şübhəsiz ki, onun ən monumental və uğurlu işi, dünya ədəbiyyatı tarixində özünəməxsus iz qoyan "Robinzon Kruzo" romanıdır. Maarifçilərin ictimai-iqtisadi və əxlaqi ideyalarını əks etdirən məşhur "Robinzon Kruzo" (The Life and Strange Surprising Adventures of Robinzon Crusoe) əsərinin birinci hissəsi 1719-cu ildə nəşr olunanda yazıçı əlli doqquz yaşında idi. Məhz bu əsərlə Defo özünə ölməzlik qazanmışdır.

Əsərin ikinci hissəsi 1720-ci, üçüncü hissəsi isə 1721-ci ildə işıq üzü görmüşdür. D.Defo öz romanını Robinzonun həqiqi memuarı kimi təqdim etmiş və əsər yazıçının müasirləri tərəfindən də məhz bu şəkildə qəbul edilmişdir. Romanın yaranmasına təkan verən və əsasını təşkil edən isə Riçard Stilin 1713-cü ildə nəşr olunmuş "Aleksandr Selkirkin tarixi" oçerki olmuşdu. Oçerk gerçək bir hadisənin təsviri və təqdimi üzərində qurulmuşdur. Orada deyilir ki, matros Selkirk gəminin kapitanı ilə mübahisə etdiyinə görə Xuan Fernandes adasında düşürülür. Orada o, dörd il dörd ay tam təklikdə qalır. Selkirkin yanında bir günlük ərzaq ehtiyatı, bir neçə funt tütün, çaxmaqdaşlı tüfəng, barıt, çaxmaq, balta, bıçaq, qazan və bir də İncil var idi. Bu fakt Defo yaradıcılığında müfəssəl təhkiyə ilə dəyişdirilərək həm əyləncəli səciyyəsi, həm də fəlsəfi məzmunu ilə oxucunun diqqətini çəkir. "Robinzon Kruzo" XVIII osr ədəbiyyatı, fəlsəfəsi və siyasi iqtisadına da təsir göstərmişdir. Onun ideya və obrazları Volterin ("Kandid"), Russo və Getenin ("Faust") yaradıcılığında dönüş yaratmışdır. Əyləncə və təhkiyə sadəliyi, bədii gözəllik - bütün bunlar Defo romanını uzun illərdən bəri müxtəlif yaşlı oxuculara sevdirən keyfiyyətlərdir. Qəhrəmanın tənha həyatının təsvir olunduğu birinci hissə daha çoх ideya-bədii dəyərə malikdir.

Defo ilk dəfə ekzotik planda olmuş olsa da, ədəbiyyatda yaradıcı əmək və fədakarlıq mövzusunu işləmişdir. Məhz əmək Robinzona tənha adada insanlıq sifətini itirməməyə yardım etmişdir. Təbiətlə üz-üzə yalnız qalan Defo qəhrəmanı yorulmadan çalışır, ona lazım olan məişət əşyaları hazırlayır, qayıq düzəldir, əkin əkir və öz ilk məhsulunu yığır. Bir sıra çətinliklərə sinə gərən Robinzon müxtəlif sənətlərə yiyələnir. Onun düzəltdiyi hər bir şey yazıçı tərəfindən ən xırda detallaradək təsvir olunur.

Defo öz oxucusunu Robinzonun gərgin zəhmət, düşüncə və mahir əllərinin hərəkətini bütün xırdalıqlarına və incəliklərinə qədər təfərrüatlı təsviri ilə diqqətli şəkildə izləməyə vadar edir. Yazıçı bu bədii manera ilə oxucunu da psixoloji cəhətdən həmin mühitin havasına uyğunlaşdırmaq məqsədi güdürdü. Robinzon özündə maarifçilərin təbiətlə münasibətdə "təbii insan" görüşlərini təcəssüm etdirir. Lakin buna baxmayaraq Robinzon təkcə öz ağlı və düşüncəsiylə hərəkət edən insan deyil, eyni zamanda müəyyən ictimai münasibətlərin təsirilə formalaşan tipik burjuadır. Əgər Robinzonun insani keyfiyyətləri cəmiyyətdən kənarda - tənha adada özünü göstərirsə, bu heç də onun əsl burjua olduğunu inkar etmir. Bütün bunlarda onun işgüzar siması və sağlam düşüncəsi daha qabarıq şəkildə əks olunur. Robinzonun dindarlığı və Allaha inamı işgüzar insanın təcrübi keyfiyyətlərilə səsləşir. O hər bir işini əsl puritan kimi dua ilə başlayır, Bibliyadan ayrılmır, lakin bununla belə Robinzon öz maraqlanı çərçivəsində hərəkət edir. Yeni mühitə adaptasiya - uyğunlaşma köhnə mühitin psixoloji-mənəvi zəmini əsasında baş verir. Belə ki, daxili mühakimələrə dalan Robinzon "sırf kreditor kimi soyuqqanlılıqla" hər şeyi ölçüb biçir. Gündəliyində o, vəziyyətinin müsbət və mənfi tərəflərinin yekun "balans"ını çıxarır.

Robinzonun burjua-kapital cəmiyyətini ifadə edən ikili xarakteri həmçinin Cümə ilə ünsiyyətində də açılır. Bu gənc vəhşi adamı Robinzon ölümdən xilas edir, amma hər şeydən əvvəl də onu öz nökəri kimi görmək istəyir. Heç təsadüfi deyil ki, Robinzonun Cüməyə öyrətdiyi ilk söz də "ağa" kəlməsi olur. Robinzona sözəbaxan köməkçi lazımdır və o,çəkir. "Robinzon Kruzo" XVIII osr ədəbiyyatı, fəlsəfəsi və siyasi iqtisadına da təsir göstərmişdir. Onun ideya və obrazları Volterin ("Kandid"), Russo və Getenin ("Faust") yaradıcılığında dönüş yaratmışdır. Əyləncə və təhkiyə sadəliyi, bədii gözəllik - bütün bunlar Defo romanını uzun illərdən bəri müxtəlif yaşlı oxuculara sevdirən keyfiyyətlərdir. Qəhrəmanın tənha həyatının təsvir olunduğu birinci hissə daha çoх ideya-bədii dəyərə malikdir.

Defo ilk dəfə ekzotik planda olmuş olsa da, ədəbiyyatda yaradıcı əmək və fədakarlıq mövzusunu işləmişdir. Məhz əmək Robinzona tənha adada insanlıq sifətini itirməməyə yardım etmişdir. Təbiətlə üz-üzə yalnız qalan Defo qəhrəmanı yorulmadan çalışır, ona lazım olan məişət əşyaları hazırlayır, qayıq düzəldir, əkin əkir və öz ilk məhsulunu yığır. Bir sıra çətinliklərə sinə gərən Robinzon müxtəlif sənətlərə yiyələnir. Onun düzəltdiyi hər bir şey yazıçı tərəfindən ən xırda detallaradək təsvir olunur. Defo öz oxucusunu Robinzonun gərgin zəhmət, düşüncə və mahir əllərinin hərəkətini bütün xırdalıqlarına və incəliklərinə qədər təfərrüatlı təsviri ilə diqqətli şəkildə izləməyə vadar edir. Yazıçı bu bədii manera ilə oxucunu da psixoloji cəhətdən həmin mühitin havasına uyğunlaşdırmaq məqsədi güdürdü. Robinzon özündə maarifçilərin təbiətlə münasibətdə "təbii insan" görüşlərini təcəssüm etdirir.

Lakin buna baxmayaraq Robinzon təkcə öz ağlı və düşüncəsiylə hərəkət edən insan deyil, eyni zamanda müəyyən ictimai münasibətlərin təsirilə formalaşan tipik burjuadır. Əgər Robinzonun insani keyfiyyətləri cəmiyyətdən kənarda - tənha adada özünü göstərirsə, bu heç də onun əsl burjua olduğunu inkar etmir. Bütün bunlarda onun işgüzar siması və sağlam düşüncəsi daha qabarıq şəkildə əks olunur. Robinzonun dindarlığı və Allaha inamı işgüzar insanın təcrübi keyfiyyətlərilə səsləşir. O hər bir işini əsl puritan kimi dua ilə başlayır, Bibliyadan ayrılmır, lakin bununla belə Robinzon öz maraqlanı çərçivəsində hərəkət edir. Yeni mühitə adaptasiya - uyğunlaşma köhnə mühitin psixoloji-mənəvi zəmini əsasında baş verir. Belə ki, daxili mühakimələrə dalan Robinzon "sırf kreditor kimi soyuqqanlılıqla" hər şeyi ölçüb biçir. Gündəliyində o, vəziyyətinin müsbət və mənfi tərəflərinin yekun "balans"ını çıxarır. Robinzonun burjua-kapital cəmiyyətini ifadə edən ikili xarakteri həmçinin Cümə ilə ünsiyyətində də açılır. Bu gənc vəhşi adamı Robinzon ölümdən xilas edir, amma hər şeydən əvvəl də onu öz nökəri kimi görmək istəyir.

Heç təsadüfi deyil ki, Robinzonun Cüməyə öyrətdiyi ilk söz də "ağa" kəlməsi olur. Robinzona sözəbaxan köməkçi lazımdır və o, Cümənin "sadiqliyindən və itaətkarlığından" sevinir. Cümə isə nəinki sadiq xidmətçi, həm də ağıllı və hər şeyi tez qavrayandır. Cüməni yaxından tanıyan Robinzon anlayır ki, dərin zəkası və "mənəvi qabiliyyətinə" görə bu gənc heç də onun özündən geri qalmır. Cümə ona öyrədilən hər şeyi anında qavrayır. Məhz Cümənin sayəsində tənha adadakı məşəqqətli həyat Robinzona "xoş və asan" görünür. Əsl puritan olan Robinzon Cüməyə dini öyrətməyə çalışır. Lakin Cümənin verdiyi müəmmalı və ikibaşlı suallar onu çox zaman çıxılmaz vəziyyətə salır. Əslində bu suallar Defonun özünün dini-fəlsəfi baxışlarından doğurdu. O, Cümənin suallarını məqsədli şəkildə səsləndirirdi.

Defo özü romanını alleqorik səpkidə yazdığını qeyd edir. Həqiqətən də Robinzonun macəralarının təsviri böyük ümumiləşdirici məna kəsb edir və burada simvollarla çatdırılan sətiraltı mənalar kifayət qedər çoxdur. Romanda Defonun insan həyatını və bəşəriyyətin tarixini əks etdirən görüşləri yer almışdır. Bu, Robinzonun tənha adada yaşadığı həyatının əsas mərhələləridir ki, o, təbiətlə təkbətək qaldığı andan ovçuluq və balıqçılıqla məşğul olur, sonra mal-qara saxlayır, yer şumlayır, nəhayət, Cümənin simasında qula sahib olur və adanı müstəmləkəyə çevirir. Göründüyü kimi, Defo mədəni dəyişiklikləri tarixi təkamül prosesi boyunca simvolik şəkildə ümumiləşdirməyi nəzərdə tutmuşdur. Bu inkişafin sonunda isə Defo fərdin tarixi rolunu açıq-aşkar şişirdir və tarixi gerçəkliyin obyektiv dinamikasını nəzərə almır. Tarixin fərddən başlaması fikrinin yanlış olmasını təsdiqləyən filosoflar belə bir həqiqəti də qeyd edirlər ki, başlanğıcını Smit və Rikardodan götürən bu mülahizə XVIII əsrin uydurması idi. Əlbəttə ki, Robinzonun adadakı həyatını istehsalın ilkin inkişaf mərhələsi kimi təsdiqləmək yanlış olardı.

Təbiətlə mübarizədə Robinzon heç də göründüyü kimi tək deyil. O, dağılmış gəmidən alətlər, silah, barıt, kağız və mürəkkəb götürmək imkanı əldə edir. Adı çəkilən bütün bu əşyalarda isə minlərlə insan əməyi vardır. Beləliklə, insan cəmiyyətinin məhsulu Robinzonun daxmasında gözəgörünməz şəkildə mövcuddur və onun həyatının nizama düşməsində əhəmiyyətli təsirə malikdir. Robinzon məhz bu vasitələrin köməyi ilə çevrəsindəki təbiəti ram etməyə, ondan faydalanmağa müvəffəq ola bilir. Onların köməyi olmadan bütün enerjisini sərf etsə belə, həyat üçün mühüm olan nisbi "sivil" şəraiti o özü üçün yarada bilməzdi. Robinzonun qeyri-adi hekayətini bədii boyalar və üslubi səlisliklə nəql edən Defo yazıçı təhkiyəsini böyük əksəriyyətlə canlı və vasitəsiz formada aparır. Hekayətin sadəliyi və təbiiliyi onun inandırıcılığını artırır.

Bu isə gerçəkliklə bağlı informasiyaların obrazlaşdırılaraq realistcəsinə verilməsi sayəsində əldə olunmuşdur. Defo qəhrəmanının həyatını xırdalıqlarınadək, qeyri-adi incəliklə təsvir edir ki onların da hər biri ayrılıqda dərin məna və işarəvi məzmun kəsb edir. Defo istər hadisələrin epik plandakı təqdimində, istərsə də peyzajlar, təbiət lövhələri yaratmaq baxımından mahir təsvirlər ustasıdır. O, cənub təbiətinin parlaq mənzərəsini rəssam tablosu kimi yaradır, ilin hər bir fəslinin rəngarəngliyini özünəməxsus peyzajlarla, təbiət lövhələri ilə verə bilir. Bu sıradan dəniz təsvirləri daha diqqətçəkicidir.

Hiss olunur ki, o, bir yazıçı kimi romantik təsvirlər yaratmağa daha güclü meyl göstərir. Tənhalıq ovqatını təlqin etmək üçün yazıçı çox zaman məqsədli şəkildə epik təsvirin təmkinli təqdimatına üstünlük verir. Bu, bir qədər quru və yorucu görünsə də, adadakı tənha insanın müşahidələrini və daxili psixoloji durumunu çatdırmaq üçün ən uyğun bədii maneradır. "Robinzon Kruzo"nun ikinci və üçüncü hissəsi həm məzmun dərinliyinə, hom də bədii səviyyəsinə görə birinci hissədən əsaslı şəkildə fərqlənir. Bu hissələrdə Robinzonun adanı tərk etdikdən sonrakı həyat və fəaliyyətindən, Hindistan, Çin və Sibirə ticarət məqsədi daşıyan səyahətlərindən, yaşadığı adanın müstəmləkəyə çevrilməsindən danışılır. Robinzon bir çox maneələri dəf edir, lakin bu dəfə artıq söhbət macəradan deyil, işgüzar avantüra və alverdən gedir. Belə ki, qəhrəman özü burada burjua işbazı kimi təsvir olunmuşdur. Romanın üçüncü hissəsi Robinzonun həyat haqqındakı didaktik mühakimələrindən ibarətdir.

Görünür, yazıçı ekzotik zənginliyin olmaması səbəbindən bu hissələrdə öz yaradıcılıq məharətini o qədər də ifadə edə bilməmişdir. Defonun "Robinzon Kruzo"dan sonra yazdığı əsərləri bir neçə qrupa ayırmaq olar: Bunlar əsasını Avropa kələkbazlıq romanlarından götürən macəra romanlarıdır - "Moll Flanders" (The Fortunes and Misfortunes of the Famous Moll Flanders, 1722); "Polkovnik Cek"(Colonel Jacque, 1722); "Roksana" (Lady Roxana, 1724); dəniz macəraları romanları - "Kapitan Sinqlton" (Capitain Singleton, 1720); tarixi romanlar -"Taun ilinin gündəliyi" (A Journal of the Plague Year, 1722); "Kavalerlərin memuarları" (Memoirs of a Cavaleir, 1720). Klassik romanlar müəllifinin əksər əsərləri memuar və ya avtobioqrafik səpkidə yazılmışdır. Bu əsərlərdə qəhrəmanın həyatı və şəxsiyyət kimi formalaşmasından bəhs olunur. Defo sərgüzəşt və macəra səhnələrinin təsviri və təqdiminə xüsusi maraq göstərdiyindən sözü gedən əsərlərdə bu aspekt tez-tez qabarıq görüntülərlə nəzərə çarpmaqdadır.

Defo həyat şərtlərinin və şəraitin insan şəxsiyyətinin formalaşmasındakı əhəmiyyətini öz əsərlərində inandırıcı təsvir və qənaətlərlə açıqlayır. O, qəhrəmanlarının qəddar və amansız dünya ilə toqquşmasını sərt həyat səhnələri ilə göstərir. Bir qayda olaraq bu insanlar yaşamaq haqqından məhrum olan yetimlər, atılmışlar, piratlardır. Onlar ya burjua dünyasının qeyri-insani qanunları çərçivəsində hərəkət etməli, ya da onun qurbanına çevrilməlidirlər. Onların hər biri mübarizədə təkdir və yalnız öz güclərinə arxalanırlar.

Defo bu təqdimatlarda özünün fəlsəfi baxışlarını obrazlaşdırmışdır; onun qənaətinə görə, cəmiyyət öz amansız qanunları ilə daim insanı əzir, tənhalaşdırır. Bundan qurtulmağın yolu isə sərt xarakterə malik olmaq və başlıcası özünə inamdır.

İnsanı qoruyan, onun mənəvi dünyasını xilas edə bilən həmin keyfiyyətləri özünün yaratdığı obrazlarda təcəssüm etdirən görkəmli yazıçı məhz bu seçimi ilə ədəbi ölməzlik qazanmışdır.

# 144 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər