"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?
22 iyun 2026
# 13:00

Bu gün XX əsr görkəmli alman yazıçı Erix Mariya Remarkın doğum günüdür.

Kulis.az Qorxmaz Quliyevin "Müharibə mövzusunun qüdrətli bədii təcəssümü" yazısını təqdim edir.

XIX əsrin sonunda bəşər tarixində ən mürtəce, ən humanist fəlsəfi sistemlərdən birinin əsasını qoymuş, Buhenvald və Maydanek faciələrini ideoloji cəhətdən əsaslandırmış F.Nitşe söyləyirdi: "XX əsr dünya müharibələri əsri olacaqdır". Amma o, XX əsrin üstündən, həqiqətən, əsmiş, Avropanı xarabazara çevirmiş iki dünya qırğınının hər dəfə məhz Almaniyanın məğlubiyyəti ilə nəticələnəcəyini, onun bütün bəşəriyyət üzərində ağalığı iddiasının tam iflasa uğrayacağını, əvvəllər Prussiya hərbçilərinin, sonralar faşistlərin mənəvi köləliyinə məruz qalmış alman xalqının dərin sarsıntılara düçar olacağını qabaqcadan xəbər verə bilməzdi.

Görkəmli alman yazıçısı Erix Maria Remarkın (1898-1970) yaradıcılığı mənsub olduğu xalqın mənəvi əzablarının ən dərin, ən səmimi bədiii tətəcəs sümüdür. O, dünya şõhrətli əsərlərində, özünə inamını itirmiş, hər iki dünya müharibəsinin səbəbkarı olan Almaniyada xalqın potensial humanist imkanlarının möõvcudluğunu inandırıcı şəkildə sübut edir. Geniş yaradıcılıq istedadına malik digər alman yazıçılarından - Mann qardaşlarından, Feyxtvangerdən fərqli orlaraq, Remark bircə mövzunun - müharibə mõvzusunun müəllifidir. Bu mövzu darlığı onun yaradıcılığının həm güclü cəhətlərini, həm də zəif tərəflərini üzə çıxarır. Remark əsərlərinin təsir qüvvəsi onunla müəyyən olunur ki, bütün diqqətini müharibənin iyrəncliklərinə yönəltmiş yazıçı, insanın mənəvi sarsıntılarının dərinliklərinə vara bilir. burjua ideoloqlarının insan qırğınını örtmək istədikləri romantik pərdəni yırtıb kənara tullayır. Remark əsərlərinin məhdudluğu onunla izah oluna bilər ki, müharibə mövzusundan kənara çıxa bilməyən müəllif insan qırğınını, ictimai ziddiyyətləri geniş tarixi perspektivdə verə bilməmiş, qəhrəmanlarının düçar olduğu mənəvi əzabların səbəbini taleyin qəzavüqədərində axtarmışdır.

Dünya ədəbiyyatında insan qırğınına Remark qədər dərin nifrət oyada bilən, müharibə nəticəsində dünyaya səpələnən mühacirlərin fəlakətini təsirli boyalarla təsvir edən ikinci bir yazıçı tapmaq çətindir. O, buna ona görə nail ola bilmişdir ki, özü, necə deyərlər, hər iki dünya faciəsinin bilavasitə iştirakçısı-qurbanı olmuşdur. Axı, Remark gənc yaşlarında şovinzm təbliğatına uyaraq 1916-cı ildə gimnazist formasını əsgər şinelinə dəyişmiş, iki il Qərb cəbhəsi səngərlərində can çürütmüşdür.

Məhz buna görə də 1929-cu ildə yazdığı, "Məhv olmuş nəsil" əрebiyyatının ən məşhur, ən görkəmli nümunələrindən hesab olunan "Qərb cəbhəsində təbəddülat yoxdur" romanında müharibə çirkinliklərinin tənqidi-realist mənzərəsini verə bilmişdir. Remark "Üç yoldaş" romanının qəhrəmanı kimi, birinci dūünya müharibəsindən sonra müəllimlik, sürücülük, hesabdarlıq, müxbirlik və s. peşələrdə öz qüvvəsini sınamış, uzun müddət həyatda öz yerini tapa bilməmişdir. 1933-cü ildə, faşistlər hakimiyyət başına gələndən sonra, yazıçı, "Zəfər tağı" romanının qəhrəmanı Ravik kimi vətəndən didərgin düşmüş, yad ellərdə mühacir həyatının acısını dadmışdır. Remark əsərlərinin təsir qüvvəsi onunla müəyyən olunur ki, onun qəhrəmanları yazıçı həyatının müxtəlif kəşməkəşli mərhələlərinin bədii ifadəsinə çevrilirlər. İkinci dünya müharibəsinə kimi müəllif siyasiictimai biganəlik mövqeyindən çıxış etmişdir. O, öz estetik qayəsini belə ifadə edirdi: "Mən öz oxucumu nə inandırmaq, nə tovlamaq, nə də tərbiyə etmək istəyirəm. Mənim mövzum əsrimizdə yaşayan insanın taleyi, humanizm məsələləridir. Mən yalnız qəlbimi riqqətə gətirən hadisələri qələmə alıram... Əqidəm isə fərdiyyətçinin əqidəsidir: azadlıq, dözüm, yumor..."

Amma ikinci dünya müharibəsi ərəfəsində və dövründə faşizmin cinayətlərinə laqeydlik labüd şəkildə satqınlığın sinoniminə çevrildi. Remark yavaş-yavaş faşizmə qarşı fəal mübarizənin labüdlüyü qənaətinə gəlib çıxdı. Yazıçının dünyagörüşündəki bu əsaslı təbəddülat onun "Ölüm-dirim vaxtı", "Zəfər tağı", "Lissabon gecəsi" və s. romanlarında bədii təcəssümünü tapdı. 1946-cı ildə yazılmış “Zəfər tağı" romanı Remarkın əsərləri arasında xüsusi yer tutur.

Düzdūr, bu əsər müəllifin ilk romanı olan "Qərb cəbhəsində təbəddülat yoxdur" qədər geniş şöhrət tapa bilməmişdir, həm də "Zəfər tağı" romanında Remarkın həyat mövqeyi "Ölüm-dirim vaxtı" romanında olduğu kimi aydın və fəal deyildir. "Zəfər tağı" romanının müstəsnalığı ondadır ki, əsərdə bir tərəfdən müəllif dünyagörüşündə və onun qəhrəmanlarının həyat mõvqeyində nəzərə çarpan naqislik son həddə çatır və öz əsassızlığını sübut edib qırılır, digər tərəfdən yazıçının gələcək əsərlərinin pafosunu təşkil edəcək problemlər meydana çıxır və özünün ilk bədii həllini tapır.

"Zəfər tağı" romanı Remark yaradıcılığna xas olan ideya-estetik meyillərin kəsişdiyi, düyünləndiyi, üz-üzə gəldiyi, bir-birini inkar etdiyi ərazidir. Bu baxımdan, əsərin əsas qəhrəmanı - faşist təqibindən xilas olmaq üçün Parisə isə pənah gətirmiş cər rah Ravik, Remarkın ilk romanlarının qəhrəmanları və "Zəfər tağı" əsərindən sonra yaradılmış romanlarinın personajları arasında bir növ keçiddir, həm əvvəlkilərin, həm də sonrakıların müxtəlif ziddiyyətli keyfiyyətlərini özündə birləşdirir. Belə ki, Ravik romanın ilk fəsillərində onun digər qəhrəmanları kimi passivdir, neytraldır, lakin sonradan ictimaisiyasi hadisələr nəticəsində tədricən dəyişir. Ravik öz fəallığı, hadisələrə müdaxilə etmək bacarığıyla Remarkın ən aktiv personaji olan "Ölüm-dirim vaxtı" əsərinin baş qəhrəmanı Qraberə yol açır, onu estetik cəhətdən hazırlayır. Almaniyanı tərk edib Fransada qaçaq həyat keçirən Ravik iki dünya müharibəsinin ikiqat qurbanıdır. O, Remarkın ilk romanlarının qəhrəmanları kimu Birinci Dünya müharibəsində iştirak etmiş, lakin qeyri-adi cərrahlıq istedadı sayəsində "bəxti" gətirmiş, cəmiyyətdə özünə müəyyən mövqe qazanmışdır.

Bununla belə, onun ətrafdakı adamlarla sıx ünsiyyəti yoxdur, o, bir növ, kapitalizm cəmiyyətində insana xas özgələşmənin qurbanıdır. Ravikin "neytrallığının", biganəliyinin səbəbini də məhz bunda axtarmaq lazımdır. Beləliklə, istedadlı cərrah ikiqat mühacirətdədir: əgər birinci dünya qırğını onu daxili mühacirə çevirmişdisə, faşistlərin hakimiyyət başına gəlməsi buna xarici mühacirət də əlavə edir.

İlk nəzərdən Parisdə Ravikin kəşməkeşli güzəranı daimi bədbinliyini, həyatdan, bəşəriyyətdən küskünlüyünü dərinləşdirməli idi. Ravikin rus mühaciri Morozov, baş həkim Veber kimi sadiq dostları olsa da, onun rast galdiyi, toqquşduğu, qurbanına çevrildiyi haqsızlıqlar, pisliklər saysız-hesabsızdır. Bütün bunlara baxmayaraq, başıbəlalı mühacir öz daxili aləminə qapılmır, insanlığını, humanizmini itirmir. Ravik bütün varlığı, qəlbinin bütün hüceyrələri ilə xarici aləmə, insanlara tərəf yönəlmişdir. O, dost yolunda, insan uğrunda, məhəbbət naminə canından keçməyə hazırdır. Onun hissləri həmişə konkretdir, səmimidir, möhkəmdir. Peşəkar cərrah olmasına baxmayaraq, hər xəstənin üstündə əsir. Bəlkə də, böyük cərrahlıq istedadının mayası onun humanizmindədir.

Ravik hər cür əziyyət çəksə də ləyaqətini, həssaslığını itirmir. O, hər yerdə, hamının köməyinə gəlməyə hazırdır. Sevdiyi qadının xəyanətindən xəbər tutsa da, õz hisslərinin bütövlüyünü qoruyub saxlaya bilir. Ağır zamanlarda, çətin şəraitdə məhəbbət kimi zərif hissi qoruyub saxlaya bilmək bacarığı elə həyata inamın, yenilməz nikbinliyin, məğlubedilməz humanizmin təsdiqinə çevrilir. Əgər Ravikin faşizmə qarşı mübarizəyə şüurlu şəkildə qoşulmaq qətiyyəti zahirən nasistlərin vəhşilikləri ilə müəyyənləşirsə, daxilən bu əzm onun humanizminə əsaslanır. Romandakı bütün hadisələr, bütün personajlar baş qəhrəman Ravikin ətrafında mərkəzləşir, onun daxili aləmini açmağa xidmət edir. Bu baxımdan müəllifin təhkiyəsi oxucuda böyük maraq doğurur. Məlumdur ki, Remarkın ilk romanlarında hadisələr birinci şəxsin dili ilə nəql edilirdi. İlk baxışdan oxucuya elə gəlir ki, "Zəfər tağı" romanında təhkiyə perspektivi dəyişmişdir: axı hadisələr əsərdə üçüncü şəxs tərəfindən təsvir olunur. Amma diqqətlə fikir verdikdə o dəqiqə gözə çarpır ki, əslində, şəxsin dəyişməsilə təhkiyənin məzmunu, Remarkın hadisələri özünün sevimli baş qəhrəmanı vasitəsilə açmaq cəhdi dəyişməmişdir. Axı Ravik bircə dəqiqə də olsun səhnəni tərk etmir; oxucu yalnız onun eşitdiklərini eşidir, gördüklərini görür, hiss etdiklərini hiss edir, bildiklərini bilir. Əslində, obyektiv üçüncü şəxs deyil, subyektiv birinci şəxs təhkiyənin əyaniləşmə formasıdır. Üçüncü şəxsi işlətməklə, yazıçı öz qəhrəmanını cahan fövqünə qaldırır. Bəs məqsəd? Məqsəd aydındır: müəllif insan ləyaqətinin tapdalandığı zəmanədə də insanı ən yüksək, misilsiz varlıq kimi təsdiq edir.

"Lissabon gecəsi" romanı vaxitilə Almaniyada qəzet redaktoru işləmiş, faşistlərin hakimiyyətə gəlişindən sonra totalitar rejimin buxovlarına dözməyib almanlar tərəfindən hələ zəbt olunmamış Avropa ölkələrinə mühacirət etmiş şəxsin yaşadığı didərginlik həyatı barədə digər almana Lissabonda bir gecәnin içində danışdıqlarının bədii təsviridir. Əsərdə mühacirlərin acı yaşantılarından, bir ölkədən digərinə didərginliyindən, gestaponun öz siyasi dūşmənlərinə öncə Almaniyada, sonra da zəbt etdikləri Fransada verdiyi işgəncələrdən, mühacirlərin at quduzluğu xəstəliyi sayılan kollerə tutulmasından və özünüidarə imkanlarını itirmələrindən Remark yaradıcılığına xas ustalıqla bəhs edilir. Həmin xəstəliyin nişanələri kollerə tutulmuş İkinci Şvarsın nitqində özünű aydın şəkildə büruzə verir, belə ki, onun nitqi qeyri-adiliyi ilə, bəzən dil normalarından yayınmaqla seçilir. Romanda mühacir həmrəyliyi, ölən mühacirin sənədlərinin digərləri tərəfindən mənimsənilməsi, onların öz adlarını və soyadlarını unutmaları və bu yolda keçirdikləri iztirablar təsirli boyalarla verilmişdir. Əsər İkinci Şvarsın acınacaqlı mühacir həyatından və həyat yoldaşı Helen Baumana ülvi sevgisindən bəhs etməklə oxucunu daimi gərginlikdə saxlayır və onun gözləri önündə totalitar rejimin yaratdığı mühacirlik həyatının dolğun bədii mənzərəsi canlanır.

"Lissabon gecəsi"ndə hadisələr Remarkın digər antifaşist romanlarından fərqli olaraq, yenə də birinci şəxsin dili ilə nəql edilir və beləliklə də, təhkiyə perspektivi subyektiv yaşantılar müstəvisinə keçirilir. Burada bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Şvars, yazıçının digər bu yönümlü qəhrəmanlarından fərqli olaraq, "şüurlu şəkildə" deyil, təsadüf nəticəsində, necə deyərlər, məcburiyyət qarşısında antifaşistə çevrilir, çünki fanatik bir faşistin bacısı ilə evlənmişdir. Beləliklə, onunla bağlı bütün hadisələr Helenə məhəbbəti prizmasından təsvir olunur və antifaşizm mövzusu fərdi məhəbbət dramı "qəlibinə" salınır.

Erix Maria Remarkın dünyagörüşü ziddiyyətli olmuşdur. Məhz buna görə o, XX əsrin bütün mürəkkəbliyini dialektik vəhdətdə qavrayıb, onun bədii şəkildə ifadəsinə nail olmamışdır. Remarkın dünyagörüşündə və romanlarının poetikasındakı məhdudluqlara baxmayaraq, görkəmli yazıçının əsərlərini oxucular, xüsusilə, gənclər həvəslə mütaliə edirlər. Bəlkə də, müəyyən dərəcədə bu məhdudluqlar sayəsində.

Axı həmişə düzgün dünyagörüş, dərin məntiq yüksək estetik dəyərə çevrilmir.

Ziddiyyətli Erix Maria Remark sevilə-sevilə oxunur, yəqin ki, gələcəkdə də oxunacaq. Səmimiyyətinə görə, xeyirxahlığına görə, insanın fiziki, mənəvi sarsıntılarından ürək ağrısı ilə danışa bildiyinə görə, sadə, "kiçik" insana sonsuz məhəbbətinə görə...

# 165 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər