Şəhərə baxıb səni xatırlamaq

Şəhərə baxıb səni xatırlamaq
2 iyul 2013
# 07:00

Nərgiz İsmayılova

Bu şəhər və sən

Mənim kimi sənsizlikdə nə yaman üşüyür bu şəhər ....

Demə ki, yoxdur günahı, günahı çoxdur bu şəhərin.

Günahsız göründüyü üçün günahkardır bu şəhər.

Maska taxıb bu şəhər, maskasını gecələr belə çıxartmır, artıq öz üzünü unudub bu şəhər.

Bu şəhərin ən maraqlı süveniriyik biz. Hər yerdə görülmək istənilən, ancaq heç vaxt dərk edilməyəcək olanından. Bu şəhərin ən sevimli oyuncağıyıq biz, bizimlə oynarkən o qəhqəhələrlə güldükcə min dəfə ölənindən.

Alışdım doğrudur, fəqət sevmirəm. Sənin qoxun hopub bu şəhərin ruhuna, sənləşib bu şəhər, bilirsən sənin kimi sirlidir, maskalıdır bu şəhər. Sənin kimi qoxur, ağlımı ovlayır bu şəhər.

Tanrının göz yaşları belə silə bilmir bu şəhərdən səni, məni və bizdən bizi oğurlayan onu...

Bizim barmaq izlərimizi daşıyır, bizsiz də yaşayır bu şəhər ..

Amma son vaxtlar bezdirib hamını mənim kimi... Yaman aqressivləşib bu şəhər.

Büründükcə bahalı qiyafələrə sənin kimi əslini unudub bu şəhər.

Bəlkə də o da darıxıb sənsiz, mənim kimi sənsizlikdən üşüyür bu şəhər ....

# 1960 dəfə oxunub

Oxşar xəbərlər

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
#
#
# # #