Sənə nifrət eləyirəm,
Çox e, çox e, həm də çox.
Sənə nifrət eləyirəm,
Necəsən, nə var, nə yox?
Sənə nifrət eləyənin
Bu dünyada nə dərdi?
Sənə nifrət eləyirəm,
İşlərin nə təhərdi?
Bir az da unutmusan,
Ürəyimə damır ki.
Sənə nifrət eləyirəm,
Bir yerin ağrımır ki?
Havalar da korlanıb,
Zayı çıxıb hər şeyin.
Sənə nifrət eləyirəm,
Əynini qalın geyin.
Nifrət nə yaxşı şeydi,
Ayağımdan qaçır yer.
Sənə nifrət eləyirəm,
Yeməyinə fikir ver.
Yuxuda görmüşəm ki,
Bir nəfərə gedirsən.
Sənə nifrət eləyirəm,
Nə vaxt ərə gedirsən?
Sənə nifrət eləyirəm!
Oxşar xəbərlər
Pəncərədə işıq - Günel Natiqqızı
17:00
7 may 2025

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə
13:15
28 aprel 2025

Sükutun çəkisi - Mehriban İbrahimbəyli
10:12
11 aprel 2025

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi
09:55
24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə
17:30
23 dekabr 2024

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov
15:18
9 dekabr 2024