Adını duaya çevirib Tanrıya pıçıldamaq...

Adını duaya çevirib Tanrıya pıçıldamaq...
14 iyul 2020
# 16:52

Kulis.az Bayram Mustafazadənin şeirlərini təqdim edir.

Küləklər nəfəsindir,
Gecələr saçların,
Ay üzün.
Nəfəsini küləkdən alıram,
Gecələri sığallayıb
Aya baxıram.
Bir bilsən...
Bir bilsən nələr çəkirəm,
Külək əsməyəndə,
Gecə olmayanda,
Ay çıxmayanda...
***
Hər gün
Ağlaya-ağlaya
Allahdan səni istəmək
Mənə gələn yollarına
su səpməkdir,
toz olmasın...
***
Mən.
Sən..
Sevgi...

Sən.
Sən..
Sevgi...

Sən.
Sən..
Sən...
***
Hər günüm
aya dönər,
Hər ayım ilə..
Gələrsən,
Gələrsən,
Çaya dönüb axıb
gedər uzaqlara
Bütün sənsizliklərim..
**
Sevgi bir qadını
yaşamaqdır
Aldığın hər nəfəsdə,
Sevdiyin hər kəsdə,
Gördüyün hər şeydə....
***
Sənə xəstə olmaq
Səhərlər heç vaxt
yatmadığın yataqda
sənin qoxunu
almaqdır...
Gecələr səssizcə
adını duaya çevirib
Allaha pıçıldamaqdır
Sənə xəstə olmaq....
Sənə xəstə olmaq
Qadınlarla sosial
məsafəni saxlamaqdır.
Qadınlarla göz
təmasından qaçmaqdır
Sənə xəstə olmaq...
***
Sən
Allahın mənə
göndərdiyi sevginin
qadın rəsmisən
boyasız...
amma
gözəl...

# 4376 dəfə oxunub

Oxşar xəbərlər

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

17:10 9 noyabr 2023
Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

17:47 30 oktyabr 2023
Fərid Süleymanlı - Qalaktikum

Fərid Süleymanlı - Qalaktikum

11:07 13 oktyabr 2023
Gəmidə - Xalid Xəncanlının hekayəsi

Gəmidə - Xalid Xəncanlının hekayəsi

16:00 21 sentyabr 2023
Sirr - Sabir Etibarlı

Sirr - Sabir Etibarlı

14:50 11 sentyabr 2023
Xəbərlər - Şamil Həsənov

Xəbərlər - Şamil Həsənov

10:34 5 sentyabr 2023
# # #