Azərbaycan tamaşası İranda nümayiş etdiriləcək FOTO

Azərbaycan tamaşası İranda nümayiş etdiriləcək FOTO
3 dekabr 2015
# 16:56

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasına qastrol səfəri edəcək. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.

2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilmiş tamaşa ötən il Türkiyə Cumhuriyyəti Dənizli bölgəsində keçirilmiş Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.

Məlumat üçün bildirək ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

# 2509 dəfə oxunub

Oxşar xəbərlər

Giray Altınokdan yeni serial

Giray Altınokdan yeni serial

13:07 27 mart 2026
"Harri Potter və fəlsəfə daşı"  serialının ilk treyleri yayımlandı

"Harri Potter və fəlsəfə daşı" serialının ilk treyleri yayımlandı

12:48 26 mart 2026
Ozan Güven  "GORA 4 GORA"da olacaq?

Ozan Güven "GORA 4 GORA"da olacaq?

11:27 26 mart 2026
Mart ayında baxılacaq 10 film - Siyahı

Mart ayında baxılacaq 10 film - Siyahı

12:00 25 mart 2026
Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

12:30 22 mart 2026
"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

11:40 22 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər