İsa peyğəmbəri təhqir edən teatrın direktoru işdən çıxarıldı

İsa peyğəmbəri təhqir edən teatrın direktoru işdən çıxarıldı
30 mart 2015
# 15:35

Rusiya Federasiyasının Mədəniyyət Naziri Vladimir Medinski qalmaqallı “Tanqeyzer” operasını tamaşaya hazırlamış Novosibirsk Opera və Balet teatrının direktoru Boris Mezdriçi “təsisçinin tapşırıqlarına əməl etmədiyi üçün” işdən azad edib. Kulisin aif.ru-ya istinadən verdiyi xəbərə görə Vladimir Kexman yeni direktor təyin olunub.

Boris Mezdriç kilsə və teatr qarşıdurması zamanı tamaşanın repertuarda saxlanılacağını bildirmişdi.

Rusiya Kinematoqrafçılar İttifaqı açıq məktubla çıxış edərək direktorun işdən çıxarılmasına etiraz edib. İttifaq teatr direktorunun yerinə qaytarılmasını, mədəniyyət nazirinin isə işdən azad olunmasını tələb edir.

Bir neçə gün əvvəl isə Rusiya prezidenti Vladimir Putin sözügedən tamaşa əleyhinə mitinqlər təşkil edən keşiş Novopaşini "Ekstremizmə qarşı mücadiləyə görə" döş nişanı və "Vətənə xidmətlərinə görə" ikinci dərəcəli ordeni ilə təltif etmişdi.

Xatırladaq ki, kilsə və teatr arasında məhkəmə davasına səbəb Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrında “Tanqeyzer” (Vaqner) operasına rejissor Kulyabinin düşündüyü quruluş olub: rejissor tamaşadakı hadisələri müasir dövrə uyğunlaşdırıb. Əsas qəhrəman “Veneranın mağarası” adlı filmi yenicə bitirmiş kinorejissor Henrik Tanqeyzerdir. Hadisələrin inkişafından filmin İsa Məsihin Veneranın mağarasında yaşadığı və cismani həzlər keçirdiyi vaxtlarından, həyatının ilk illərindən bəhs etdiyi başa düşülür.

Məhkəmə kilsənin teatra qarşı qaldırdığı ittiham əsassız saymış və teatrın xeyrinə qərar vermişdi.

# 1947 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

14:45 3 iyul 2026
"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

13:10 3 iyul 2026
Azərbaycan animasiyası Fransada təmsil olundu

Azərbaycan animasiyası Fransada təmsil olundu

17:30 1 iyul 2026
“Birgə film istehsalına dəstək müsabiqəsi”  elan edildi

“Birgə film istehsalına dəstək müsabiqəsi” elan edildi

12:49 1 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər