“Ağ bığlılar”ın premyerası olacaq

“Ağ bığlılar”ın premyerası olacaq
28 sentyabr 2016
# 11:33

Oktyabrın 8-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının premyerası keçiriləcək. Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və kədərli əhvalatlardan bəhs edir.

Tamaşada, həmçinin süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərinin musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli və Elmin Qiyaslı canlandıracaqlar.

# 2155 dəfə oxunub

Oxşar xəbərlər

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
“Bir səfərin izi ilə”  filmi nümayiş olundu

“Bir səfərin izi ilə” filmi nümayiş olundu

10:20 5 may 2026
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

12:15 4 may 2026
Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

14:55 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər