Tampo, İvan Draqo, Fantomas...

Tampo, İvan Draqo, Fantomas...
10 yanvar 2014
# 09:00

“Kikboqsçu” 90-cı illərin əvvəllərində yeniyetmələrin və gənclərin ən sevimli filmlərindən biri idi. Filmdə mənfi bir obraz vardı-Tampo. Tamaşaçılar bu aktyoru əvvəllər heç bir filmdə görməmişdilər. Ona görə belə bir fikir geniş yayılmışdı ki, ümumiyyətlə belə bir aktyor yoxdur, Tampo bir Tailand idmançısıdır, bu filmdə təsadüfən çəkilib və hardasa özü öz rolunu canlandırıb. Hətta, o dövrün bir sıra mədəniyyət jurnallarında bu cür informasiyalara rast gəlinirdi.

Ancaq informasiya texnologiyalarının inkişafı bütün müəmmaların işıqlanmasına şərait yaradır.

Əslində bu obrazın adı Tampo deyil, Tonq Podur. Obrazı canlandıran isə, ərəb əsilli Amerika aktyoru, rejissoru və kaskadyoru Mişel Kissidir.

Monqoloid irqinin təmsilçisi və Tailand millətinin nümayəndəsinə bənzəməsi üçün xüsusi qrim olunmuş Mişel Kissi ən böyük populyarlığını “Kikboqsçu” ilə qazanmışdı. Jan Klod Van Dammın yaxın dostu olan Mişel uşaqlıqdan idmanla məşğul olur və aktyor olmaq arzusu ilə yaşayırdı. Sonradan tale elə gətirdi ki, dostlar uğur qazanmaq üçün Hollivuda gəldilər. Onların birgə çəkildikləri ilk film “Breykdans” oldu. 1984-cü ildə çəkilmiş bu film uğur qazana bilmədi. Dostlar “Qanlı idman” və “Kikboqsçu” filmləri ilə arzularını reallaşdıra bildilər.

İllər sonra Mişel Kissi Jan Klod Van Dammla çəkildiyi “Macəralar axtarışında” oynadığı “Xan” rolu ilə növbəti uğurunu qazandı.

90-cı illərdə döyüş filmlərində iştirak edən və gənclərin sevimlisinə çevrilən bir aktyor da vardı. Daha çox “İvan Draqo” kimi tanınan bu aktyorun əsl adı çoxlarına bəlli deyildi. O, “Rokki 4” filmində Rokki Balboanın rəqibi olan İvan Draqo obrazını canlandırmışdı.

Daha çox Dolf Lundqren kimi tanınan İsveç əsilli bu aktyorun əsl adı Hans Lundqrendir. O, 1957 – ci ildə Stokqomda doğulub. Amerika rejissoru, ssenaristi və kino prodüseridir. Daha çox 80 – 90-cı illərdə döyüş filmlərində oynadığı rollarla məşhurlaşıb. Ən böyük populyarlığını isə 1985-ci ildə “Rokki 4 “ filmində oynadığı İvan Draqo obrazı ilə qazanıb.

Hans Lundqren kino yaradıcılığından başqa digər sahələrdə də uğurlara imza atıb. O, “Kyokşinkay” döyüş növü üzrə iki dəfə Böyük Britaniyada keçirilən açıq çempionatında qalib gəlib, 1982-ci ildə isə Avstraliya çempionu olub. Bundan başqa kimyəvi maşınqayırma ixtisası üzrə magistr diplomuna yiyələnib, hazırda Massaçuset Texnologiya Universitetinin təqaüdçüsüdür.

1964-cü ilin istehsalı olan “Fantomas” filmi ötən əsrin ən çox populyarlıq qazanmış filmlərindən biri idi. Filmin süjet xəttinə görə ələkeçməz bir cani öz üzünü tünd mavi rəngli maska altında gizlədir və hər dəfə cinayət törədərkən əvvəlcədən planlaşdırdığı maskaları taxır. Bütün film boyu həqiqi siması görünməyən bu obrazı hansı aktyorun oynadığı tamaşaçılar üçün illər boyu sirr kimi qalırdı.

Filmdə Fantomas obrazını yaradan aktyor eyni zamanda paralel olaraq bir neçə rolda da oynayıb-jurnalist Fandor, Lord Şelton və professor Lefevr. Söhbət fransız aktyoru Jan Maredən gedir.

Jan Mare fransız kino xadimi, aktyor, rejissor, dramaturq və kaskadyordur. İlk obrazlarını teatrda yaradan Marenin yetişməsində şair, dramaturq və rejissor Jan Koktonun böyük rolu olub. Mare teatr səhnəsində ən yaxşı rollarını Koktonun yazdığı "Şah Edip", "Dəyirmi stolun cəngavərləri" və "Dözülməz valideynlər" pyeslərində oynayıb.

Jan Marenin kinoda ilk böyük işi 1941-ci ildə rejissor J.Baronsellinin cəkdiyi "Yandırılmış ev" filmidir.

O, 1974-cü ildə Fransanın Aktyorlar İttifaqının rəhbəri olub.

# 7983 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı  keçiriləcək

Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək

15:00 14 avqust 2025
"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi

"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi

13:17 13 avqust 2025
"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər