“Nəsil yaddaşı” filminin növbəti beynəlxalq uğuru

“Nəsil yaddaşı” filminin növbəti beynəlxalq uğuru
5 avqust 2026
# 10:30

“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi növbəti dəfə beynəlxalq uğur qazanıb.

Kulis.az xəbər verir ki, filmin rejissoru Babək Abbaszadə İtaliyada keçirilən Braççiano Film Festivalında “Ən yaxşı qısametrajlı sənədli film rejissoru” (Best Director – Short Documentary) nominasiyasının qalibi olub.

1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən “Nəsil yaddaşı” filminin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailəsinin keçmişini araşdırır. Filmdə arxiv materialları və tarixi xəritələrdən də istifadə olunub.

“Nəsil yaddaşı” filmi daha əvvəl Pakistanın Peşəvər Beynəlxalq Film Festivalı və “Iconic Indie Film Awards” festivallarında “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb. Film, həmçinin İtaliyanın “Rome Prisma Film Awards”, “Ischia Global Film Festival”, Türkiyənin “Golden Bridge Istanbul Short Film Festival”, “Anatolia International Film Festival”, Ukraynanın “Symbiotic Film Festival”, Ekvadorun “San Antonio Independent”, Uruqvayın “Montevideo World” və Nigeriyanın “Rivers International” film festivallarının əsas müsabiqə proqramlarında nümayiş olunub.

Sənədli filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirovdur.

Filmin istehsalına postprodakşn dəstəyi Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən göstərilib.

# 760 dəfə oxunub

Oxşar xəbərlər

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər