Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra
11 avqust 2026
# 11:20

Türk kinosunun əfsanəvi ekran işlərindən sayılan "Bizim Ailə" filmi çəkilişlərindən yarım əsr ötdükdən sonra serial formatında tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, "Hababam Sınıfı", "Mavi Boncuk", "Neşeli günlər", "Gülən gözler" və "Ailə Şərəfi" kimi unudulmaz filmlərin istehsalçısı olan "Arzu Film" kinostudiyası məşhur layihəni 50 illiyi münasibətilə televiziya serialı kimi yenidən ərsəyə gətirmək qərarı alıb.

İlkin olaraq 1975-ci ildə nümayiş olunan "Bizim Ailə" filmi Münir Özkul, Adile Naşit, Tarık Akan, Şener Şen, Ayşen Gruda, Itır Esen və Halit Akçatepe kimi Türk kinosunun əfsanəvi adlarını bir araya gətirmişdi.

Yenilənmiş layihə orijinal hekayənin ruhunu qorumaqla yanaşı, müasir dövrün ailə dinamikasını və konfliktlərini ekrana gətirəcək.

"Arzu Film" kinostudiyasından bildirilib ki, tamaşaçıların zorakılıq və qaranlıq süjetlərdən yorulduğu bu dövrdə insanların yenidən eyni süfrə ətrafında toplaşa biləcəyi səmimi ailə hekayələrinə böyük ehtiyac var.

Yeni "Bizim Aile" serialı keçmişin mirasına hörmətlə yanaşaraq bugünkü ailələrin həyatını və həmrəyliyini işıqlandıracaq.

Qeyd edək ki, serialın rejissoru, ssenaristi və nümayiş olunacağı kanal kimi texniki təfərrüatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

# 819 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər