Hollivudun idman müəmması

Hollivudun idman müəmması
6 avqust 2011
# 12:00
Amerika kinoakademiyasının təsis etdiyi məşhur “Oskar” mükafatı alan filmlərlə tamaşaçı seçimi heç də həmişə üst-üstə düşmür. Günümüzə qədər “Oskar”ın hansı meyarlarla öz sahibini tapması böyük maraq doğurur. İstənilən halda, münsif heyətində əyləşənlər kinonu bilən və düzgün qiymət vermə bacarığına sahibdirlər. Bu prosesə diqqətlə nəzər yetirdikdə isə daha maraqlı hadisələrin şahidi oluruq. Bir anlığa fikrimizi Hollivudun idman janrlı filmlərinə yönəldək.

“Hər bazar günü”, “Titanlar”, “Xoşbəxt Gilmor”, “Gol trilogiyası”, “Radio”, ”Rokki”,”Nokdaun”, ”Əli”, “Milyon dollarlıq qız”, ”6-cı oyunçu”, ”Quduz öküz”, ”Sümüyə zərbə”, “Qasırğa” və digər filmlər Hollivudun idman janrlı məşhur filmlərindəndir. Bunların arasından bir nominasiyada belə “Oskar”a layiq görülən filmləri araşdırsaq maraqlı mənzərənin şahidi oluruq. Ron Şeltonun ”Sümüyə zərbə”, Martin Skorsezenin ”Quduz öküz”, Norman Cyusonun ”Qasırğa”, Con Evildsonun məşhur “Rokki”si, Ron Hovardın “Noqdaun”u, son illərdə çəkilmiş Devid.O.Rasselin “Döyüşçü” filmləri “Oskar”ın dadını dadıblar. Yalnız təəccüb doğuran yeganə məqam odur ki, bu filmlərin hamısı boks idman növündən bəhs edir. O zaman “niyə” sualını verməyimiz bizə haqq qazandırır.

Niyə Amerika futbolu, beysbol və ya məşhur reqbisi deyil məhz boks? Bəlkə Oskar “dayı”nın boksla hər hansı bağlılığı olub?

Oskarın boksla heç bir əlaqəsi olmayıb, əminliklə deyə bilərəm ki, o heç boks zalının üzünü də görməyib. Amerikada bu idman növünə böyük marağın olmasına baxmayaraq? ABŞ boksun vətəni də deyil, əksinə boks Avropada, daha dəqiq desək, Fransada “Savat” adı ilə məşhurlaşıb? sonradan sərhəd tanımayıb.

Bəs o zaman niyə məhz boks kinoakademiyanın rəğbətini qazanıb?

Buna səbəb boksdakı nokdaun ilə nokaut arasındakı 10 saniyədir.

Bəli, məhz 10 saniyə.

Həmin 10 saniyə boksçunun həyatını həll edir, məhz bu 10 saniyədə o öz səfil həyatını, ailəsini, dost-tanışlarını, arzularını, gələcəyini gözünün qabağından keçirərək “yaşamaq istəyi” instinktini işə salır və ayağa durmağa özündə güc tapır. Digər vacib məsələ - qələbəyə gedən yol da bu 10 saniyədən keçir. Rokkinin Apollo Krit ilə, Cimmi Breddokun Maks Ber ilə döyüşləri buna bariz nümunədir.

Biz, izləyicilər də filmdəki döyüşlər zamanı biganə qala bilmirik: həyəcanlanır, qəhrəmanla birgə nokdauna düşür, ayağa qalxır və nəhayət qələbə qazanırıq. Təhlilimizdən boksun həyatın ən dramatik anlarına çox yaxın olduğunu, heç bir çıxış yolu görmədikdə, ölümlə üz-üzə qaldıqda belə güc toplayıb “mən qalib olmalıyam” şüarını o möhtəşəm idarəedici beynimizə yeritməyimiz bizi ölüm üzərində qalib, həyatı mübarizədə lider edir. Biz, insanlar da Rokkilərə, Əlilərə, Breddoklara cevrilirik. Yəqin ki, boks üzərinə məharətlə köçürülmüş həyatın bu adı qanunu kinoakademiyanın münsif heyətini də həmin filmlərə biganə qoymur. Böyük dramaturgiyaya söykənən bu məqam boksu digər idman növlərindən bir baş üstün edir. Ən azından bədii filmdə insan həyatının təsviri üçün mükəmməl dramaturgiya yaradır.

Qələbə əzminizi itirməmək arzusu ilə


Kamran
# 2010 dəfə oxunub

Oxşar xəbərlər

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər