Asqılıqda işləyən qadının söhbəti - "Ən yaxşı hekayə"

Asqılıqda işləyən qadının söhbəti - <span style="color:red;">"Ən yaxşı hekayə"
8 fevral 2016
# 10:52

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayacağıq. Növbə Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinindir.

Bizim idarədə, ağrın alım, beş yüzə qədər işçi var. Hərənin də bir cür, bir fason paltosu var. Mod deyirsiniz, nə deyirsiniz. Amma, allaha and olsun, hamısını bircə-bircə tanıyıram. Nömrə-zad olmasa da, heç vədə birinin paltosunu başqasınınkiynən dəyişik salmaram. Da, ay bala, yeddi ildi

burda işləyirəm, elə olacaq dana. Hələ, desəm bəlkə inanmayasan, hansı paltonu harda asmağı

da bilirəm.

Görürsən, məsəlçün kim ki, kimnən bir səmtdə olur, onlar elə işə də bir gəlib gedirlər. Odu ki, onların elə paltolarını da yan-yana asıram. Hə, sözüm onda deyil… Bu əhvalat ki, danışıram, yəni əhvalat deyəndə, bir əhvalat da yoxdu.

İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora meşin palto asmışam ha, bax, həmişə o nömrəyə iki palto asırdım. Paltoların rəngi də yadımdadı. Arvad paltosu sarıydı, özü də çox əntiqə şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə, nimdaş: qolu-zadı getmişdi.

Mən burda işləyəndən bəri bu iki paltonu bir təhvil almışam, bir qaytarmışam. Görürsən, ildə-ayda bir dəfə elə düşürdü ki, işə gəlmirlərdi. Gəlməyəndə ikisi də gəlmirdi. Elə bil azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay bala, ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o paltoları bir dəfə də ayrı asmadım.

Hə, bir dənə də şərfləri vardı, belə ağ yun şərflər olur e, kişi şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi paltosunun cibində təhvil alardım. Amma soyuq. olanda o şərf arvad paltosunun üstündə gələrdi.

Mən əvvəl sarı paltonu alıb altdan asardım, ustündən də qara kişi paltosunu.

Ay keçirdi, il keçirdi, bu paltolar bir gəlirdi ki, bir gəlirdi. İstəyir işə tez gəlsinlər, istəyir gec, həmişə mən bax bu yeri 112 onlarçün saxlayırdım. Görürsən bəzi günlər heç paltoların çoxuna yer olmurdu, onlar da heç görürsən, o gün işə çıxmayıblar. Amma mən bu yeri boş qoyurdum, bilmirəm, ay bala, nəyə görəsə o yerdən ayrı palto asmağa ürəyim gəlmirdi, qıymırdım.

Hə, bir dənə də ayrı, mixəyi kişi paltosu vardı. Onu da həmişə tək asardım. Həmişə paltonu tək verərdi, bilirdim ki, adama yovuşmazdı. Bu idarədə bir tanışı, bir dostu, aşnası yoxdu ki, onunla bir yerdə gəlsin ya bir yerdə getsin. Bu mixəyi palto nədən belə yaxşı yadımda qalıb: bu palto çox təzəydi, özü də bahalı parçadandı. Amma heç vaxt asqısı olmazdı. Neçə dəfə demişdim, tikdirmirdi ki, tikdirmirdi.

Axırda bir gün hövsələm çatmadı, götürüb özüm tikdim.

Nə isə, sözüm onda deyil… Günlərin bir günündə səhər işçilərin paltolarını alırdım. Yaman da basırıq idi, heç fikir vermirdim nəyi hara asıram. Güc-bəlayla çatdırırdım. Aralıq bir az sakitləşəndən sonra gördüm ki, balam, deyəsən sarı paltonu həmin o mixəyi paltoynan asmışam. Dedim, hə, yəqin çaş-baş salmışam. Qaranı mixəyinin yerinə asmışam. Getdim, baxdım, gördüm yox, qara palto heç yerli-dibli yoxdu.

Səhərisi gün yenə belə, sarıynan mixəyini bir verdilər. Üç-dörd gün elə belə keçdi, bir gün gördüm, qara paltolu da gəlib öz paltosunu uzatdı. Tək verdi, mən də ayrı asdım.

Neyləyəydim, a bala, ta bir yerə üç palto asa bilməzdim ki. O gün də yaxşı yadımdadı, bir az yağış yağmışdı. Yağış yağırdı deyəndə, heç ağıllı-başlı yağmırdı da, elə balaca çisələyirdi.

Bütün paltolar azacıq islanmışdı, amma qara paltonu elə bil suya salıb çıxarmışdılar.

Bir müddət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə yanaşdı, qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda var: kim ki, hansı nömrəni verir elə həmin paltonu da alır. Lap

istəyir atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto vermərəm. Həm də ki, özgəsininkini. Amma buna ürəyim gəlmədi. Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu 113 ona uzatdım. Aldı, baxdı, baxdı…

Sonra qaytardı. Çıxdı getdi. Bundan sonra bir də onu görmədim.

18 dekabr 1959

Cəlil Məmmədquluzadə "Poçt qutusu"

Yusif Səmədoğlu "Bayatı-Şiraz"

Əkrəm Əylisli "Ürək yaman şeydir"

Cəlil Məmmədquluzadə "Usta Zeynal"

Əbdürrəhimbəy Haqverdiyev "Bomba"

Afaq Məsud "Sərçələr"

# 8711 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər