İsa Hüseynovun oxuduğu məktəbdən REPORTAJ

İsa Hüseynovun oxuduğu məktəbdən <span style="color:red;">REPORTAJ
1 aprel 2014
# 17:29

Azərbaycanın Xalq yazıçısı, qeyri-adi istedadı və ədəbi dili ilə yeni ədəbi nəslin yetişməsində böyük rol oynayan İsa Hüseynov bu gecə 86 yaşında dünyasını dəyişib.

Neçə illərdir ki, xəstəliklərdən əziyyət çəkən yazarımız 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Gülməmməd Hüseynov İsa Muğannanın bibisi oğludur. Balaca ikən atası vəfat etdiyinə görə dayısı Mustafa kişinin evinə, İsagilə köçməli olur. Uşaqkən onu tutulduğu qatdalax xəstəliyindən xilas edən Vidadi isə görkəmli yaçımız Vidadi Babanlıdır. Muğanlı kəndinin 1 nömrəli təqdimatçısı olan İsa əfəndi atasının dərs dediyi bu məktəbdə oxuyub.

Yaşıdları deyir ki, uşaq vaxtı hamı ona İsa əfəndi deyirdi. Bunun səbəbi isə İsanın, adını götürdüyü əmisinə Türkiyə ordusunda xidmət edərkən Atatürkün belə müraciət etməsi olub. Onada əmisi kimi İsa əfəndi deyiblər. Bu günsə onlar, əfəndilərini, ağsaqqallarını itirdilər. Lakin bu məktəbdə oxuyan uşaqların İsa Əfəndi haqqında dedikləri onun unudulmayacağını göstərdi. İsa Hüseynov ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. Onun "Yanar ürək", "Məhşər", "İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. Ötən gün axşam vəfat edən Muğanna qızı Sevincin sözlərinə görə birinci fəxri xiyabanda dəfn olunacaq. Böyük ədibin bir müddət öncə “TTV xəbər”ə verdiyi ekskuliziv müsahibəsindən kiçik bir hissəni diqqətinizə çatdırırıq.

turkeltv.az

# 2698 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər