Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olunub

Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olunub
17 aprel 2019
# 21:05

Amerikanın nüfuzlu Trafford nəşriyyatında “Müasir Azərbaycan nəsri” antologiyası nəşr olunub.

ONA xəbər verir ki, yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr.İrəc İsmayıl nəşrə hazırlayıb. Rajeev Madanın redaktəsi ilə nəşr olunan antologiya, 2012-ci ildə Amerikada yayınlanan eyniadlı kitabın əlavə və düzəlişlərlə ikinci nəşridir.

Müxtəlif ədəbi nəsli təmsil edən yazıçılardan İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Muğanna, Yusif Səmədoğlu, Sabir Əhmədli, Sara Oğuz, Sabir Azəri, İsi Məlikzadə, Çingiz Hüseynov, Anar, Əlisa Nicat, Rüstəm İbrahimbəyov, Elçin, Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc, Rafiq Tağı, Saday Budaqlı, Orxan Fikrətoğlu, Kamran Nəzirli, Elçin Hüseynbəyli, İlqar Fəhmi və başqalarının əsərlərininin yer aldığı antologiya Azərbaycan nəsrinin son illərdə yaranmış bir sıra dəyərli ör­nəklərini əhatə etmək­dədir. Antolo­giyada, eyni zamanda, Azərbaycanın Güneyində yaranan bədii nəsr örnəklərinə yer verilib, Qulamhüseyn Səidi, Ruqiyyə Kəbiri, Güntay Gəncalp kimi müəlliflərin hekayələri kitaba daxil edilib.

Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olunub

# 4091 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər