Mobil telefonu olmayan dünya şöhrətli yazıçı – MÜSAHİBƏ

Mobil telefonu olmayan dünya şöhrətli yazıçı – MÜSAHİBƏ
28 yanvar 2014
# 08:30

Qapını özü açıb bizi içəri dəvət edir. Deyir ki, tanış olmaq üçün mən sizi bir az evimizdə gəzdirim. Şərq xalçaları və kilimləri ilə bəzədilmiş uzun bir dəhlizlə irəliləyirik. Sağda qonaq otağıdır. Balaca, son dərəcə sadə bəzədilib. Kitabxanasına çatırıq. Kitabxana nə kitabxana! Bütün divarlar ağzına kimi kitabla dolu olan rəflərdən ibarətdir. İngiliscə, yunanca, ispanca, ivritcə, yaponca və türkcə... Dünyanın bütün dillərinə çevrilmiş Pol Oster kitabları.

Bu qədər narsistdirmi ki, vitrində “Auster” deyə öz adına şərab var? Xeyr, tamamilə təsadüfdür. Bu çaxırı bir tanışı Portuqaliyada görüb, onunçün alıb gətirib. “Auster” portuqalca “cənub küləyi” mənasını verirmiş.

Narsist deyil, amma görünüşünə çox önəm verir. Buna görə də müsahibə boyunca foto çəkilməsini istəmir. Çünki danışarkən insanın ağzı-burnu əyri-üyrü düşürmüş.

Müsahibəyə başlayanda bir siqar yandırır. Birini də qarşısındakı müxbirə verir. Əslində yanında siqar çəkilməsini istəmir, sadəcə tək dərdi müxbirin həyəcanının azalmasına köməkçi olmaqdır.

Kulis.az Türkiyənin “Hurriyət” qəzetində çap olunmuş bu müsahibəni ixtisarla təqdim edir.

- Məktub və romanlarınızı başqaları da oxusun deyə yazdığınızı, buna görə gündəlik tutmadığınız üçün keçmişinizin silindiyindən şikayətlənirsiniz. Yeni kitabınızla bir gülləylə iki dovşan vurmaq istəmisiniz? Həm həyatınızdan qeydlər, həm də insanların marağına səbəb olacaq əsər təqdim etmək...

- Hələ də gündəlik tutmuram. Kitabı yazmağa başlamışdım. Keçmiş həyat yoldaşıma yazdığım o məktublar mənə gəlib çıxdı. Sanki heç bir əlaqəm olmayan yad adam tərəfindən yazılmışdı. Nəhayət, bu dörd bölümlü kitab ərsəyə gəldi. Kitabda ən çox özüm haqda danışmaqdan qaçmışam. Özüm haqda danışanda özümü başqası barədə danışırmış kimi hiss edirəm.

- Keçmiş həyat yoldaşınıza, o vaxtkı sevgilinizə yazdığınız məktubları yayımlayanda avtosenzura olub?

- Çox şəxsi hissələri çıxarmışam. Yeniyetməlik “love story”im (sevgi macəramın) üstündə çox dayanmaq istəmədim.

- O vaxtkı məktublarınızdan birində “Yazıdan heç vaxt pul qazanmayacağımı bilirəm” demisiniz. Dünyaca məşhur yazıçı olandan sonra fikriniz dəyişdi?

- Cavanlığıma nisbətən indi daha çox pulum var. Amma bu xatırlatdığınız vəziyyət bir müddətlik idi. İndi yetəri qədər pulum var. Bu nə deməkdir? Artıq cavanlığımdakı kimi pula görə narahat olmuram. Çünki pulla bağlı ən pis şey daima onu fikirləşməyindir. Bu, əsl zəhərdir. Beynini daima necə yaşamağın, kirayəni necə ödəməyin fikriylə yorursan.

- Kitabda bir yerdə “Tək və narahat idim, ağlım seksdəydi” deyirsiniz. Seks də pul kimidir? Olmayanda beynimizi onunla yoruruq?

- Təbii, hansı mənada deyildiyi vacibdir bu sözün. Heç kimlə ən adi seksual əlaqəmin olmadığı dövrlərdən danışırıq. Əsəblərimə toxunan bir vəziyyət yaranmışdı. Əminəm ki, çoxumuz heç də xoş olmayan həmin vəziyyətə düşürük, amma bu da çox normaldır.

- 14 yaşında olanda yanınızdakı dostunuzu ildırım vurub öldürüb. Hərdən qəribə həyatınız olduğun fikirləşirsiniz?

- Xeyr. Bəxtim gətirib. Çünki başıma bədbəxt hadisələrin gələ biləcəyi yerdə doğulmamışam. Müharibədə olmamışam. Yaşadığım şəhərin bombalanmağının şahidi olmamışam. Ya da ailəm qaçqın düşərgələrinə göndərilməyib. Bütün bunları yaşayan milyonlarla insana baxanda bəxtimin gətirdiyini heç vaxt unutmamışam.

- Valideynləri boşanan çoxlu uşaqlar var. Sizin və bacınızın yaşadığı çətinlikləri çox vaxt bununla əlaqələndirməyiniz bir az qəribə deyil?

- Yox. O vaxtlar mənim yaşadığım dünyada heç kim boşanmazdı. Amma söhbət boşanmalarında deyil. Uğursuz evliliklərinin nə qədər yazıq olması idi.

- Ailə demişkən... Arvadınız Siri yazıçıdır, qızınız Sofi də musiqiçi. Mənə maraqlıdır, üç incəsənət adamının ailəsi necə olur?

- Sofi musiqiçi oldu, artıq böyüyüb, əvvəlki qədər tez-tez görüşə bilmirik. Gördüyü işlərə, onları hazırlama tərzinə heyranam. Məktəb müəlliməsi olsaydı, bundan daha xoşbəxt olmazdım.

- Bəs oğlunuz? Onun da incəsənətə marağı var?

- O da uğurlu fotoqrafdır. Peşəkar deyil, amma yaxşı gözü var.

Mobil telefonum yoxdur

Sosial mediada yoxam. İnternetim də, kompüterim də, mobil telefonum da yoxdur. Çox ehtiyacım olanda Sofidən baxmağını xahiş edirəm. Bilirəm dinozavram, hamı məndən fərqli düşünür və bilirəm ki, heç kim mənim yaşadığım kimi yaşamaq istəmir. Amma içimdə orada olmaqla bağlı damcı boyda da istək yoxdur. Üstəlik o elektron əşyaları hər yerə özümlə daşımadığım üçün də xoşbəxtəm.

# 4843 dəfə oxunub

Oxşar xəbərlər

Haqqında məqalə dərc olunandan 5 gün sonra vəfat edən rəssam kimdir?

Haqqında məqalə dərc olunandan 5 gün sonra vəfat edən rəssam kimdir?

11:10 3 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər