Üzük - Knut Hamsundan qısa hekayə

Üzük - <span style="color:red;">Knut Hamsundan qısa hekayə
29 mart 2016
# 13:57

Kulis Knut Hamsunun “Üzük” hekayəsini təqdim edir.

Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayır və öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı? Deyəsən bayaq pəncərə qarşısında dayanan gənc centlmeni - əyninə mundir geyinmiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə bir məhəbbətlə baxırdı ki...

Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim:

- Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə?

Ardınca onu sevgi macərası yaşamaq haqdakı arzusunun heç də yaxşı fikir olmadığı ilə bağlı xəbərdar etmək üçün öz nişan üzüyümü çıxarıb dedim:

- Bax, sənin üzüyün mənə balacadı, barmağımı sıxır. Bəlkə onun ölçüsünü böyütmək üçün zərgərə verəsən.

Qadın əlini qaldıraraq pıçıldadı:

- Onu mənə ver. Tezliklə düzələr.

Və mən üzüyü ona verdim

Onunla bir ay sonra rastlaşdıq. Üzüyün aqibəti haqda soruşmaq istəsəm də soruşmadım. Zaman səbirlidir, mən də səbir edib qadını tələsdirməmək qərarına gəldim. Bu zaman o, baxışlarını aşağı dikib:

- Doğrudan sənin üzüyün. Bəla üz verib, mən onu haradasa gizlətmişdim, indi isə tapa bilmirəm. – Mənim susduğumu görüb narahatlıqla əlavə etdi – Buna görə mənə qəzəblənmirsən ki?

- Yox.

Aman Allah, ona qəzəblənmədiyim üçün elə arxayınlıqla çıxıb getdi ki...

Beləcə bir il keçdi. Bir gün mən köhnə məkanlara üz tutub, mənə olduqca tanış olan küçə ilə yürüməyə başladım. Budur, onunla yenidən görüşdük. Gözləri bir az daha mavi, bir az daha parlaq idi. Dodaqları isə sanki xeyli böyümüş və soluxmuşdu.

Məni görən kimi hələ uzaqdan səsləndi:

- Bax, sənin üzüyün, nişan üzüyün. Onu tapdım, əzizim. O, artıq böyükdür və barmağını sıxmayacaq.

Mən bu tərk olunmuş qadına, onun soluxmuş dodaqlarına, sonra isə üzüyə baxdım. Qadına təzim edərək - Ah... deyəsən bizim bu üzüklə bəxtimiz heç gətirmir. İndi də o, barmağıma böyük gəlir. – deyə bildim.

Rus dilindən tərcümə etdi: Xatirə Nurgül

# 1922 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər