Çiçəklərin tanrı qoxusu - ŞEİRLƏR

Çiçəklərin tanrı qoxusu - <span style="color:red;">ŞEİRLƏR
25 avqust 2016
# 10:41

Kulis.Az gənc şair Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

Çoxsaylı bir qız

fərqimiz nəydi

Bilmədim...

bu azalanlı

çıxılanlı şəhərdə

cəmimiz də heç nə elədi

heç nə...

düzü mən qəribiydim

bir az da azsaylı

fərqinə varmadan

çoxsaylı bir qız sevdim

vurula bilmədik

amma asanlıqla bölündük...

bizim sevgimiz vurulmaqdan yox

bölünməkdən başladı...

bir gün o da çıxıb getdi

yolları sevənlərin ayağından çəkən

gedənlərin ayağına sərilən

bu ayaq vidalı şəhərdən...

nə bayraq kimi gözəl

o qızı anlaya bildim

nə də tütün qoxulu

ağacları qoltuğuna girən

bu axsaq səkili şəhəri...

Çiçəklərin tanrı qoxusu

o gün

nə vaxt idi bilmirəm

sərgisində keçdin yanımdan

dodağının kənarında əyilmiş

boyasız bir təbəssüm

üzündə baxışlarımın ağrısı

gözlərində qocaman ulduzların

milyon illik yuxusu...

daşdan çiçək çəkmişdi

balaca bir qızcığaz

"ah nola daşlar da çiçək aça" demək istəyirdi...

bəs sən niyə daş olmuşdun

hara çəkilmişdi o ilahi qoxun

yoxsa səndəmi oldun

gözəlliyinin tablosu...

bilirəm

tablolardan göyə çəkilər

çiçəklərin tanrı qoxusu...

bilirəm adamlar

adam-adam ölərlər

tablolarda çiçəklər

boya-boya solarlar...

gördüm

duydum

hiss etdim -

yox olub tanrı qoxun

min bir boyadan solmusan

mən bir adam ölən günü

sən də bir adam olmusan...

Ağ-qara fotolar

hələ qaralmayıb göy üzü,

hələ dağılmayıb kəndimiz

atamın albomundakı

ağ-qara fotolarda.

bu vaxtı qocaldan şəkillərdə

babam ölməyib,

nənəm qocalmayıb belə.

aradan neçə il keçib gör,

anamın qucağında uşağam hələ...

# 1465 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər