Dulsineya, itin qızı! - ŞEİR

Dulsineya, itin qızı! - ŞEİR
7 avqust 2015
# 10:28

Kulis şair Rüfət Əhmədzadənin “Kixotka” şeirini təqdim edir.

“Sistem altından şeirlər” silsiləsindən

Dulsineya!
İtin qızı, yaman işə salmısan bizi,
Don Kixotun biri ölür, başqaları da gəlir,
Dəyirmana qılınc atırlar, bəli…
Yazığımız gəlir, ürəyimiz ağrıyır…
Biz onlara çörək veririk,
Hələ bir azadlıq da istəyirlər.

Dulsineya!
Sançoları,
Pansoları….
Yığıb başlarına gəlir sənin qırılmışların!
Hər əsrdə bir Don Kixot
Hər əsrdə bir hərəkat…
Nağıllarla yaşayır bu bədbəxtlər!
Anlamırlar ki, “xalqım” dedikləri
Tamaşa xoşlayan qara kütlədir.
Atdan yıxılanı yox,
Atdan yıxanları cəngavər sayır.

Dulsineya!
Sən sevginə qovuşmamışdan dul qaldın, ay yetim!
Çox da öyünmə ki, dünyada sənə inanacaq maymaq çoxdur.
El-Tobosso kəndinin adi qızcığazısan…
Səni böyük şəhərlər cəlb eləyir, böyük ideyalar yox…
Elə deyilmi, məgər?
“Aşkım-aşkım” mırıldanan türk qızlarından nəyin artıqdır ki?
Belədir ki, heç sizin kəndinizdə
Ləvəngi bişirməyi bacaran var?

Anlamır, Dulsineya!
Ya da anlamaq istəmir bədbəxtlər…
Kixotları deyirəm,
Donların başı qarışıb pul saymağa,
Narahat eləməyək…
Hə, onu deyirdim axı,
Qadınlar azadlıq uğrunda savaşır, ancaq…
Güclüyə tabe olur,
Himayə arzulayır,
Bahalı hədiyyələri xoşlayır…
Anan ölsün,
Nənən ölsün,
Gedək sənə gül dərim…

Dulsineya!
Gəl bir az səmimi danışaq sənlə…
O şair qız tutmaq üçün azadlıqdan dəm vurur.

# 2347 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər