Nüsrət Kəsəmənli "Biri vardı, biri yox" VİDEO

Nüsrət Kəsəmənli "Biri vardı, biri yox" VİDEO
25 noyabr 2013
# 11:08

Kulis.Az sevilən şairimiz Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yox" şeirini şairin öz dilindən təqdim edir.

Olan olub keçən keçib bəlkə də

İndi daha kövrəlməyin yeri yox

Ömrüm boyu belə gəlib mənimki

Əvvəlindən biri vardı, biri yox

Uzaqdaydı mən istəyən ocaqlar

Ürəyimdən gəlib keçdi sazaqlar

Atalıydı, analıydı uşaqlar

Bizim evdə biri vardı, biri yox

Gözlərimə doldurmuşam yağışı

Bir köynəkdə çıxarmışam mən qışı

Şalvar-pencək geyinirdi tay-tuşum

Məndə isə biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən eşqimdən

Dara düşdüm əl ummadım heç kimdən

Məclislərdə can deyib can eşidən

Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə

Sıxılırdım dost pencəyi geyəndə

Müəllimlə dil tapa bilməyəndə

Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim

Ürək alıb ürək girib getmişdim

İki qıza könül verib getmişdim

Qayıdanda biri vardı biri yox

Uzaq gəzdi əmi, dayı, bibilər

Söz arası mənə evlən dedilər

Nişan üçün iki şey istədilər

Məndə isə biri vardı, biri yox

Vaxt gələcək bu günü görəcəksən

Çox suala gözünü döyəcəksən

Vaxt gələcək sən özün deyəcəksən

Deyəcəksən, biri vardı, biri yox...

# 11207 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər