Daha yaxşısı səni əllərim üstündə daşımaqdır

Daha yaxşısı səni əllərim üstündə daşımaqdır
2 oktyabr 2013
# 09:51

Kulis.Az Könül Həsənqulunun tərcüməsində Argentina yazarı Xulio Kortasarın şeirini təqdim edir.


“Qayıdış”

Dodaqlarını yalnız səsindən

Sinəni – yalnız köynəyinin yaşıl və narıncı rəngindən

Tanıdığım halda

Nə ilə lovğalana bilərəm:

Sən mənimçün su üzərindən üzüb-keçən

Kölgə gözəlliyindən artıq deyilsən.

Xatirələrdə saxlayıram hərəkətləri, məni bu qədər xoşbəxt edən

Narazı üz ifadələrini, o özünə qapanmaq adətini,

Mərmər heykəlin

Hərəkətsiz bükümünü...
Səndən mənə

Elə də çox şey qalmadı.

Bir də sənin düşüncələrin, qəzəb qığılcımların, nəzəriyyələrin,

Qardaşlarının və bacılarının adları,

Poçt ünvanın və telefon nömrən,

Beş fotoşəkil, bir ətir şüşəsi,

Heç kimin ehtimal etmədiyi

Fəqət, bütün dünyanı gizlətdiyim yerə balaca əllərinlə toxunuşun...

Bütün bunları yolüstü itirə-itirə,

Səy göstərmədən daşıyıram özümlə.

Mən olmayacaq şeylər barədə faydasız,

Sonsuz xəyallar qurmuram.

Daha yaxşısı səni əllərim üstündə

Daşıyıb körpüləri aşmaqdır

Və xatirələrdən tikə-tikə qoparıb göyərçinlərə,

Vəfalı sərçələrə atmaqdır –

Qoy dənləsinlər quruldaya-quruldaya,

Cikkildəyə-cikkildəyə,

Qanadlarını çala-çala...

# 2577 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər