Afaq Məsud: “Roman, povest, yoxsa, sənədli publisistika?”

Afaq Məsud: “Roman, povest, yoxsa, sənədli publisistika?”
24 fevral 2014
# 15:18

Ədəbiyyata, ədəbi proseslərə, ədəbi tənqid nəzəriyyəçiliyin ənənəvi akademizmindən fərqli, azad yaradıcı baxış bucağından yanaşmasını hər zaman yüksək dəyərləndirdiyim, qələm dostum Əsəd Cahangir, "Üç ən yaxşı Azərbaycan romanı" sorğusunda iştirak etmiş yazıçı və şairlərin bir qismini, roman janrının tələblərinə cavab verməyən əsərlərin (İsa Hüseynovun "Teleqram", "Saz", Sabir Əhmədovun "Qanköçürmə stansiyası", Anarın "Ağ liman", "Macal"), məni isə, ümumiyyətlə, sənədli publisistika hesab etdiyi "Qanlı illər"in (M.S. Ordubadi) seçimində suçlayırsa da, sorğu üzrə "roman"- "povest" janrına böldüyü bu əsərlərin, hansı şərtlər və təyinatlar üzrə roman, yaxud qeyri-roman olduğunu izah etmir.

Bəri başdan deyim ki, Sovetlər dönəminin məşum sosialist realizmi ənənələrindən yadigar qalmış: "aparıcı ana xətt və bu xətdən şaxələnən hadisələr və obrazlar" tərifi ilə müəyyənləşdirilən "roman janrı təyini" metodu - ədəbiyyata, Zamanın çevik və sürətli axarı ilə hər an yeniləşməkdə və dəyişməkdə olan Ümumbəşəri Fikir Ərazisi Müstəvisinin, çoxdan bəri öz üzərindən kənara atdığı arxaik bir yanaşmadır.

İtalyan dilində "novella" (romanze) mənasını daşıyan roman da, rus dilində "povestvovaniye" yəni "nəql" mənasını müəyyən edən povest də, əslində, yazıçının, kiçik hekayə həcminə sığışdıra bilmədiyi Ədəbi Niyyətinin və Amalının, bəzən bir qədər uzun, bəzənsə, çox uzun mətnlərlə sərgilədiyi hekayədir. Bir vaxtlar: "Axı bu "roman" deyilənin, o birilərdən fərqini kim izah edər?" deyən, romanlar və hekayələr ustası Qabriel Qarsia Markes də, "Yeqeniy Onegin" poemasını roman adlanıran Puşkin də, ədəbi janr damğasıyla möhürləməyə çalışdığımız Ədəbiyyatın, hər hansı çərçivələrə və qəliblərə sığmayan, əlahiddə Mücərrədliyindən - Lütfi Zadə demişkən "qeyri-səlisliyindən" agah olanlar sırasındadırlar.

Yox, əgər burda söhbət, ədəbi, ruhi, fərdi düşüncə azadlığının məhsulu olan əsərin "roman", yaxud, "povest" olduğunu həcm kateqoriyası üzrə müəyyənləşdirilməsindən gedirsə, o halda, uzun-uzadı, lüzumsuz ədəbi təfərrüatçılıqlar hesabına sambalı həcmlər əldə etmiş "romanların", ədəbi dəyər baxımından, həcmcə kiçik, lakin məna tutumu, ədəbi fikir, ifadə məharəti ilə, bəşər tarixinə hadisə kimi, həkk olunmuş, həmin o "povestlərə" uduzduğu, hamımıza bəlli olan, məlum həqiqətdir.

"Qanlı illər"ə gəlincə, əvvəla deyim ki, "ən yaxşı üç roman" qismində seçdiyim üç əsərin heç biri, Əsədin təbiri ilə desək, "mənim sevimli romanım" deyil. Mənim sevimli yazıçılarım var. "Ən yaxşı Azərbaycan romanı" qismində seçdiklərim, mövzu və sənət baxımından yüksək dəyərləndirdiklərimdir.

Roman qismində seçdiyim "Qanlı illər"in sənədli publisistika olmasına gəlincə, əsrin əvvəllərində erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri vəhşilikləri sübuta yetirən sənədli materiallar əsasında, lakin insan, vətəndaş və yazıçı ağrısıyla yazılmış bu əsəri, o səbəbdən Azərbaycan ədəbiyyatının ən dəyərli əsəri (romanı, hekayəti) hesab edirəm ki, yaralı yerimiz olan erməni vəhşiliklərinin, erməni mentallığının qaniçənliyinin bariz, bədii təsvirlərlə əks etdirən bu əsərin (istəyirsiz, onu sənədli publisistika adlandırın) yanında, mövzusu aktuallığı, təsir qüvvəsi baxımından dayana biləcək ikinci bir əsər görmürəm. Və sözümü, "Qanlı illər" in başlanğıcında yer alan kiçicik mətnlə - əsərdə təsvir olunan tükürpədici hadisələrin və olayların arasıyla yarıölü, yarıdiri halda gəzişən Məmməd Səidin, yaralı ruhunun titrəyişləri ilə qələmə aldığı cümlələrlə bitirirəm:

"Sözümə, dərin hüzn və ağrılarla başlayıram. Qəribədir... Qələmim, bu qanlı illərdə törədilən faciələri əks etdirməyə tələsir, vicdanım məndən, müqəddəs borcumu yerinə yetirməyi tələb edir, o illərin, göylərə ucalan kömək fəryadlarından yazıqlaşan ruhum isə, olanları yenidən yaşamaqdan imtina edir. Lakin, nəyin bahasna olursa olsun, ağrı və kədərimin zirvəsi olan bu əsərimi insanlığa çatdırmalıyam. Baş vermiş bu qanlı illəri təsvir etməkdə niyyətim - iki xalq arasında yaşanan faciənin, gələcək nəsillərə çatdırılmasıdır".

# 3844 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər