Atasının cənazəsinə tələsən övlad

Atasının cənazəsinə tələsən övlad
10 fevral 2026
# 21:03

Kulis.az Elçin Məliklinin dünən vəfat edən sabiq deputat Fəzail Ağamalı haqqında yazısını təqdim edir.

Dünən axşam. Bakı–Ankara reysi. Mənlə paralel əyləşən, hay-küyü ilə bütün təyyarənin diqqətini özünə çəkən bir qadının səsi fonunda üzündən kədər yağan başqa bir xanımın çarəsizcə stüardessadan kömək istədiyini eşidirəm. Təyyarə enən kimi təcili düşməlidir, amma yer olmadığı üçün çantaları lap axıra aparılıb...

Haradansa tanıyıram, amma ayırd edə bilmirəm.

Təyyarə qalxır yanımda əyləşən xanımın söhbətləri uzandıqca uzanır, mənə elə gəlir ki, bütün salon onu dinləyir.

Təyyarə enir, səsi qısa müddətlik kəsilir – telefonu “dillənir”, interneti gəlib. Və birdən uca səslə deyir: “Fəzail Ağamalı ölüb...” Yanındakı soruşur kim olduğunu. “Bu yaxınlarda oğlu ilə qızı partiya sədrliyi üstündə bir-birini qırmamışdı? Ailədə düşmənlik oldu. Bəlkə də elə buna dözmədi...”

...Mobil trapın önündə VİP qarşılanma xidməti göstərən personal dayanıb. Onlardan birinin əlindəki "name board"da yazılıb: Ağamalı Günay

Sən demə, bütün uçuş boyu çarəsiz halda tələsən, eyni zamanda, atasının ölümü haqqında danışıqları dinləyən o xanım Günay Ağamalı imiş.

Susqun, bitkin, atasının cənazəsinə tələsən bir övlad.

Allah Fəzail Ağamalıya rəhmət eləsin!

# 2225 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər