Evli adamın dostunun bacısını sevməsi

Evli adamın dostunun bacısını sevməsi
26 iyun 2013
# 08:00

Sevda Sultanova

Xunta, avtoritarizm, totalitarizm, dini diktatura ilə mübarizə aparmaq olar. Amma mentallığın diktaturası ilə mübarizə aparmaq daha qəlizdir. Və əslində bütün diktaturalar bir şəkildə gəlib mentallığa bağlanır.

Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinin tarxiçəsinə sosial şəbəkələrdə reaksiyaları oxuyanda “mentallığın diktaturası” sözündən uyğun nəsə tapmadım.

Mental diktatura ittiham edir: Niyə Müşfiq evli olduğu halda başqa qadına şeir həsr edib? Niyə yaxın dostunun bacısını sevib? Dilbər niyə Müşfiqdən sonra ərə getdi?

Adamın az qala qışqırmağı gəlir: Axı, siz kimsiz ki, işgəncənin yüz cürə növünü yaşamış, əl və ayaq dırnaqları çıxarılan, boğaza qədər günlərlə su quyusunda saxlanılan Müşfiqin, işgəncələrdən dolayı ruhi sarsıntı keçirən Dilbər xanımın şəxsi həyatını bu qədər ədəbsizcə müzakirə predmetinə çevirəsiniz, onların duyğularına, hisslərinə müdaxilə edib hökm verəsiniz.

Azərbaycanlı təbiətində tərbiyə etməli olduğumuz çox xüsusiyyətlər var: məsələn, bir insanı bütləşdirməmək, onu olduğu kimi qəbul etmək, şəxsi həyata müdaxilə etməmək kimi...

Bəsit həqiqəti anlamaq istəmirik ki, insan duyğuları, hissləri kodlaşdırıla bilməz. İnsan texnika deyil ki, onun hansısa düyməsini basasan və o, elə daim sabit, eyni durumda qalsın. Əgər belə olsaydı, insan təbiəti haqda saysız araşdırmalar aparılmazdı, psixoanaliz nəzəriyyəsi yaranmazdı, bədii əsərlər yazılmazdı, filmlər çəkilməzdi.

Məgər sevgi maddədir ki, quruluşu dəqiq öyrənilsin? Və ya konkret düsturu kəşf edilsin? Ya da quş qripidir ki, ona qəfil yaxalanmamaqdan ötrü öncədən profilaktik tədbirləri görəsən?

Arayıb araşdırsan, elə mühakimə edənlərin hamısının altşüurunda hansısa evli qadına, kişiyə və ya yaxın dostunun bacısına, hətta həyat yoldaşına duyğu, seksual meyldən nəsə taparsan.

Azərbaycanlı təbiəti daim ittiham edir və başqalarından özünə qarşı maksimal fədakarlıq istəyir. Qadınlar Müşfiqin başqa qadına şeir yazmasını, kişilər isə Dilbərin ikinci dəfə ailə qurmasını yəqin ki, öz həyatı ilə identifikasiya edirlər, ona görə də barışmazdılar, amansızdırlar: məsələn, qadın təsəvvür edir ki, əri və yaxud sevgilisi başqasına aşıq olub. Kişi də öldüyünü, arvadının ikinci dəfə ərə getdiyini təsəvvüründə canlandırır.

Başqalarından fədakarlıq istəyənlərin özlərinin oxşar vəziyyətə düşəndə necə davranacaqları maraqlıdır.

İnsanın ağlamaq, nifrət etmək, əsəbiləşmək, həyəcan, qorxu və ... bir daha sevmək kimi təbii hissləri var. Kim təbiiliyə qarşı getmir, kim onu mümkün qədər nəzarətdə saxlamağı bacarır, kim zəif, kim güclü, dayanıqlıdır, bu, başqa söhbətdir. Çünki insandan insana situasiya, yaşanılan tale dəyişir, individuallaşır.

Bu mənada insanların intim, şəxsi məsələləri haqda anlamadan, bilmədən, mühakimə yürütmək ən azından ədəbsizlikdir.

Biz Dilbər xanımın nələr yaşadığını, hansı ağrılardan, acılardan keçdiyini, həyatını detallarınadək bilmirik. Müşfiqin qəlbində nələrin baş verdiyini, həyatının pərdə arxasında qalmış hansısa məqamları da.

Bir insanın duyğularına, başqalarına dəxli olmayan şəxsi həyatının toxunulmazlığına mental diktatura sayğılı davranmağı öyrənməlidir.

# 4660 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər