Mirmehdi Ağaoğlu "Nərgiz satanlar" VİDEO

Mirmehdi Ağaoğlu "Nərgiz satanlar" VİDEO
10 dekabr 2012
# 13:58

Kulis.Az Günay Novruzun ifasında Mirmehdi Ağaoğlunun "Nərgiz satanlar" şeirini təqdim edir.

bu nərgiz satanlar da yaman qəribədirlər...
ya səhər çıxarlar qarşıma
işə gedərkən
ya da axşam
işdən çıxıb bir yerə tələsərkən
amma heç vaxt çıxmazlar qarşıma
uyğun bir vaxtda
evə dönərkən
yorğun
və evdəkinin
könlünü almaq istəyi ilə
dayanmaz metro çıxışında
yıpranmış paltosu ilə
qoca qarı
ya da ucuz siqareti damağında
saqqallı bir kişi
nərgiz çiçəyi tutduğu gömgöy əlləri
işləməkdən
cadar
cadar
olmuş
bir uşaq
bu nərgiz satanlar...
nə bazardan anladıqları var
nə bazarlamadan
qəribədirlər nərgiz satanlar...

# 2073 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər