"Pul qazandım, amma əsər xoşuma gəlmədi"

"Pul qazandım, amma əsər xoşuma gəlmədi"
4 dekabr 2012
# 08:30

1947-ci ilin yazında amerikan yazıçı Uilyam Folkner Missisipi Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsinin tələbələrinin suallarına cavab verib. Həmin sual-cavabın bir hissəsini təqdim edirik.

“Həyatın ən pis cəhəti – insanın hər gün fasiləsiz olaraq, səkkiz saat ərzində işləməyidir. Səkkiz saat ərzində yemək yeyə, səkkiz saat içki içə, yaxud səkkiz saat sevişə bilmərik; səkkiz saat ərzində edilə biləcək yeganə şey işləməkdir. İnsanların özləri və ətrafındakıların bədbəxtliyinin səbəbi məhz budur”, -Folkner öz çıxışında bildirib.

Suallar isə belədir:

-“Müqəddəs yer” əsərini diqqət cəlb etmək üçün yazmısınız?

- Birinci səbəbi pulsuzluq idi. Çap etdiyim iki-üç kitab satılmırdı, pula ehtiyacım vardı. “Müqəddəs yer”ı satılsın deyə yazdım. Naşirə göndərdim, o da: “Yox, bu olmaz, çap edə bilmərik. İkimiz də həbsxanalıq olarıq”,- dedi. Təkidlərə baxmayaraq nəşr etdik (kitab qanqster tərəfindən zorlanıb, fahişəxanaya düşən bir qadının həyatından bəhs edir – red.). Pul qazandım, amma əsər heç xoşuma gəlmədi, indi də gəlmir.

- “Ən yaxşı beş müasir yazıçı” siyahınızda kimlər var?

- 1. Tomas Vulf; 2. Dos Passos; 3. Ernest Heminquey; 4. Ualla Kater; 5. Con Steinbek.

- Müasir yazıçıların arasında özünüzü harda görürsünüz?

- 1. Tomas Vulf – cəsarətli idi, hər gününü axrıncı günü kimi yaşadı və yazdı;

2. Uilyam Folkner;

3. Dos Passos;

4. Ernest Heminquey – cəsarətsiz idi, özünü heç vaxt çətinliyə salmazdı. Oxucularının “görəsən bu sözü düz yazıb?” deyərək lüğətə baxmağı görülməmiş hadisədir. Çox dəqiq idi;

5. Con Steinbek – bir vaxtlar böyük ümidlər bəsləyirdim onunla bağlı, indi bilmirəm.

- Bir kitab yazmaq nə qədər vaxtınızı alır?

- “Ölüm yatağında” əsərini 6 həftəyə yazdım. “Səs və qəzəb”i yazmaq düz 3 il çəkdi. Eyni vaxtda iki əsər üzərində işləməyi öyrəndim.

- Başqalarına da tövsiyə edirsiniz?

- Eyni vaxtda iki əsər yazmaq problem deyil. Amma sizə verilən müddətdə yazmayın. Danışılası, yazası hekayətləriniz varsa, yazın.

- Yazmaq üçün ən yaxşı yaş hansıdır?

- Bədii ədəbiyyat üçün ən yaxşı yaş 35-45 arasıdır. Həyat şövqünüzün sönmədiyi və yetəri qədər təcrübənizin olduğu vaxtdır. Şeir üçün ən yaxşı yaş 17-26-dır. Şeir yazmaq bütün hissləriniz bir lüləyə doldurub atəş açmaq kimidir.

- Bəs Şekspir necə?

- İstisnalar həmişə var.

Hazırladı: Rena Nevzat

# 2028 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər