“Hərb və sülh”ün ilk adı nə olub?

“Hərb və sülh”ün ilk adı nə olub?
9 fevral 2014
# 08:45

Kulis.az məşhur əsərlərin ilk adlarını təqdim edir.

Fitseraldın “Möhtəşəm Qetsbi” əsərinin orijinal adı “Trimalçio Vest Eqqdə” (Trimalchio in West Egg) olub. Əlbəttə, bu adın “Möhtəşəm Qetsbi” qədər möhtəşəm olmadığı ortadadır.

Corc Oruelin “1984” romanının ilk adını 40 il düşünsəniz ağlınıza gəlməz: “Avropadakı son adam”.

Tolstoyun məşhur “Hərb və sülh”ünü başqa bir adla düşünə bilirisiniz? Fakt budur ki, kitabın ilk adı belə olub: “Sonu yaxşı olan hər şey yaxşıdır”.

Ernest Heminqueyin “Paris, həyat üçün bayramdır” (mənbə: Wikipedia) əsəri əvvəl belə adlanırmış: “Göz və qulaq”.

Vladimir Nobakovun özündən də məşhur olan əsəri “Lolita”nın adı belə olacaqmış: “Bir dəniz ölkəsi”.

Heminqueyin “Əlvida silah” əsərinin birinci adı “Fredrik Henrinin sentimental təlimi” imiş.

Folkner "Səs-küy və qəzəb" əsərinə “Alatoranlıq” adını vermək istəyirmiş.

“Milçəklərin Allahı” bir kitaba verilə biləcək ən gözəl adlardan biridir. Ancaq Vilyam Qoldinq bu başlığı tapana qədər bir neçə dəfə qərarını dəyişdirmiş, kitabın ilk adı isə “İçimizdən gələn yadlar”

Ayn Rend “Həyatın reallığı” adlı çox satılan məşhur əsərinin adını ilk olaraq “İkinci əl ömürlər” qoymaq adlandırıbmış.

# 3695 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər