Yazarlarımız ingilis dilində

Yazarlarımız ingilis dilində
17 iyun 2014
# 13:17

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı layihə çərçivəsində hazırladığı ingilis dilində kitab nəşr olundu.

Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimovadır. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.

Jurnalıst Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun verdiyi məlumata görə, iyunun 24-ü saat 12-də “Bizim hekayələr sizin dildə” adlı kitabın Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı olacaq.

JEM sədri layihənin həyata keçirildiyi ərəfədə mətbuatın verdiyi dəstəkdən olduqca razılıq ifadə edib və hər bir həmkarına təşəkkürünü çatdırıb: “Azərbaycan mətbuatının həmrəyliyi bütün dünyaya nümunə ola biləcək səviyyədədir. Məhz bu həmrəylik cəmiyyətin inkişafında başlıca amildir”.

QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağıdakı müəlliflərin hekayələri əksini tapıb:

1. Musa Quliyev (Urud) - “Uruda iki səfər”

2. Əgdər Ol - “Kamança”

3. Rəşad Məcid - “10 sentyabr”

4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”.

5. Məqsəd Nur - “Ud”

6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi”

7. Şahnaz Kamalova - “Savalan”

8. Kamran Nəzirli - “Ağ ev”

9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri”

10. Kənan Hacı - “Boz ilan”

11. Şərif Ağayar - “Anaxanım”

12. Natiq Məmmədli - “Xəlbr”.

13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”

14. Azər Abdulla - “Bazarlıq”

15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”

16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu”

17. Vüsalə Məmmədova - “Rəngləyən”

18. Nicat Qafuroğlu - “O”

JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər