XX əsrin ən yaxşı 20 romanı - SİYAHI

XX əsrin ən yaxşı 20 romanı - <span style="color:red;">SİYAHI
29 avqust 2017
# 16:58

Kulis.Az XX əsrin ən yaxşı iyirmi romanını təqdim edir.

1. Franz Kafka. Çevrilmə

“Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib” cümləsiylə başlayan roman ekzistensional böhranla cəmiyyəti ifşa edən mükəmməl romanlardan biridir.

2. Marsel Prust. “İtmiş zamanın sorağında”

Adicə bir keks yemək səhnəsi otuz səhifədə yazılan, təəssüratların, anmların misilsiz rəqsi... Təkrarsız, bənzərsiz və bir o qədər də uzun. Yeddi romandan ibarət bir silsilə. Anlatmaq çətindir. Oxumaq gərək.

3. Herman Hesse. “Siddharta”

Sadə bir Budda hekayəsi deyil. Nurlanmanın, aydınlanmanın fəlsəfəsini çox sadə bir şəkildə izah edir. Bu yol hamıl üçündür. Məşhur yazıçı, nobelçi Artur Miller roman haqqında belə deyir: Bu kitab mənim gözümdə İncildən də müqəddəsdir. On illərdir ki, bu kitab az qala müqəddəs bir kitab kimi oxunur.

4. Ceyms Coys. “Ulisis”

Ulisis, Coysun öz sözləri ilə desək onun Nora Barnakla aşiq olduğunu anladığı gündən 16 iyun 1904-cü ildən bəhs edir. Şüur axını ilə yazılan roman XX əsrin ən böyük romanlarından biri sayılır. Roman Homerin “Odissey” əsəri ilə səsləşir.

5. Con Steynbek. “Adamlar və siçanlar”

Böyük depressiya illərində iki muzdurun ümidsiz və tragik hekayəsi... Sağlığında yazıçı başqa romanları ilə tanınsa da on illərdir onun adı bu kiçik romanla birgə anılır. Steynbekin sanki peyğəmbərlik anıdır bu roman. Mirzə Cəlilin “Dəli yığıncağı” kimi.

6. Albert Kamyu. “Yad”

Yaşadığımız dünyanın mənasızlığını və absurdluğunu üzümüzə vuran bir qatil hekayəsi.

7. Corc Oruel. “1984”

Bu romanı qorxulu gələcək haqqında pessimist proqnoz adlandırmaq kifayət etmir. Bu roman həm də günümüzü göstərir. Buna görə də dəhşətlidir.

8. Cerom David Selincer. “Çovdarlıqda uçurumdan qoruyan”

“Ətrafımda olan hər şey saxtadır, qəlpdir” deyib ürəyindən keçən yeganə iş çovdarlıqda oynayan uşaqları uçurumdan qorumaq olan bir adamın-Holden Koldfildin romanı...

9. Vladimir Nabokov. “Lolita”

Çoxları onu pedofiliya ilə günahlandırdı halbuki əsas məsələ qurbanla qurban edən arasındakı bulanıq münasibətdir.

10. Erix Mariya Remark. “Qərb cəbhəsində təbəddülat yoxdur”

XX əsr dünya müharibələri əsridirsə bu müharibələri ədəbiyyatın yaddaşına həkk edən Remark niyə bu siyahıda olmasın?

11. Ernest Heminquey. “Qoca və dəniz”

“Mən əsl qocanı, əsl uşağı, əsl dənizi və əsl akulaları göstərmək, onların necə olduğunu vermək istəmişəm. Amma onları başqa cür yozmaq da mümkündür”. Yazıçı öz romanı haqqında bircə dəfə danışıb və ancaq bu sözləri deyib. Əlavəyə ehtiyac varmı ki?!

12. Mixail Bulqakov. “Master və Marqarita”

İctimai etirazı fantastik bir qurğu üzərindən verən bu roman XX əsr rus ədəbiyyatının ən güclü romanı sayılır.

13. Qabriel Qarsia Markes. “Yüz ilin tənhalığı”

Nağıl qədər gerçək, gerçək qədər nağıl bir hekayə. Belə bir roman heç zaman yazılmamışdı və yəqin ki, heç zaman da yazılmayacaq...

14. Skott Fitscerald. “Möhtəşəm Getsbi”

Caz dövrünün romanı. Varlı insanın hüzünlü bir hekayəsi...

15. Uilyam Folkner. “Hay-küy və hiddət”

Folknerin ən yaxşı romanı sayılır. Eyni hadisə 4 nəfərin dilindən danışılır.

16. Orxan Pamuk. “Qara kitab”

Təptəzə üslubla bir İstanbul nağılı...

17. Knut Hamsun. “Aclıq”

Küçələrdə ac qalan insanın taa ürəyimizə toxunan işıq dolu bir hekayəsi

18. Çingiz Aytmatov. “Gün var əsrə bərabər”

Biri də bizdən olsun. Amma bu roman bütün dünyadan danışır.

19. Umberto Eko. “Qızılgülün adı”

Orta Əsrlər. Monastır. Cinayətlər. Və postmodernizm

20. Yukio Mişima. “Qızıl məbəd”

İnsan şüurunun qaranlıqlarına enən buddistin əziyyət və ağrıları...

# 6946 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər