Oğru tacirin Nobelli oğlu

Oğru tacirin Nobelli oğlu
13 oktyabr 2014
# 12:57

Patrik Modiano müasir fransız yazıçısı və ssenaristi. 2014-cü il ədəbiyyat üzrə Nobel mükafatı laureatı.

Həyat. Yaradıcılıq.

Patrik Modianonun atası Alber Modiano, tacir, anası - Flamad aktrisası Luiza Kolpeyndir. Patrikin valideynləri 1942-ci ilin payızında, almanlar tərəfindən işğal edilmiş Parisdə tanış oldular, 1944-cü ilin fevralında evləndilər.

Patrikin yəhudi atası, alman işğalı dövründə belə qeyri-leqal ticarətlə məşğul olurdu, saxta sənədlərlə yaşayırdı və fərqləndirici sarı ulduzun daşınmasına məcbur edilməmişdi, Anası işğalçıların önündə çıxış edirdi. 1982-ci ilə qədər Patrik bütün romanlarını 1957-ci ildə, 10 yaşında ölmüş qardaşı Rudiyə həsr edirdi.

1960-cı illərin əvvəllərində valideynləri ayrıldılar. P.Modiano əvvəl Parisdə IV Henrix liseyində oxuyurdu. Ona həndəsə dərsini anasının dostu Raymon Keno deyirdi. Keno sonradan Patriki “Qallimar” nəşriyyatının ədəbi dərnəyinə yazdırdı. Ardınca Ansi kollecində təhsilini davam etdirməsinə kömək etdi.

Yazıçının, demək olar ki, bütün əsərləri avtobioqrafikdir və daha çox İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı ilə bağlıdır. P.Modiano müsahibələrinin birində etiraf edir ki, qədim tarixə və keçmişə çox bağlıdır və "keçmiş – işğalın anlaşılmaz və biabırçı dövrüdür. "Mənim süjetim zamandır" - deyə o "Mond" qəzetinə verdiyi (24 may 1973-cü il) müsahibədə əlavə edir. Bu halda Modiano bildirir: "Mənim romanlarımdakı işğalın 40-cı illərlə oxşarlığı azdır. Mən işğalı xatırladan atmosferi yaradıram… İlk üç romanımda tarixi hadisələri təsvir etmirdim, bu, mənim qaynaqlarımın səhv işığıdır". Fransız tənqidçisi J.Brenner yazır ki, Modianonun məşhur yaddaşı - əslində onun təxəyyülünün məhsuludur.

Modianonun qəhrəmanları başlanğıclarının axtarışlarıyla, kökləriylə, özünü dərk etmək üçün keçmişin öyrənilməsi ilə məşğuldur. Bu, narahat, "artıq" insanların nəslidir. "Retro" stilinin yayılmasını və siyasi aktuallıqdan imtinanı Modiano yaradıcılığıyla bağlayırlar.

Modianonun romanlarında qeyri-reallıq, keçicilik, ikimənalılıq və baş verən hadisələrin müəmmalılığının hissi yaradılır. O, xatırlamağa çalışan, axtaran, öz keçmişini araşdıran qəhrəmanları yormağı sevir.

Yazıçı doğruluğun və personajların hərəkətlərinin əsaslandırmasının qayğısına qalmağı sevmir, amma zamanın və sənət rolunun tədqiqatına bağlıdır.

Patrik Modiano 1945-ci il, 30 iyulda doğulub.

Onun atası yarıyəhudi, yarıitalyan və əslən Belgiyadan olan anası ilə işğal edilmiş Parisdə tanış olurlar və əvvəl-əvvəl gizli görüşürlər. Valideynlərin tərcümeyi-halı Modianonun əsərlərinə güclü təsir etdi. Yazıçı ilk növbədə "Lusyen Lakomb" (1973) filminin ssenaristi kimi məşhurdur. Film müqavimət hərəkatına götürülməyib Gestapoya qəbul edilən fransız gəncinin hekayəsidir.

Modianonun yazıçı karyerası ekssentrik kitablar müəllifi Raymon Kenoyla tanışlıqdan başlandı. Keno Modianonu "Qallimar" nəşriyyatıyla tanış etdi və burada yazıçının ilı romanı "Etual rəqsi" (1968) nəşr edildi.

1972-ci ildə Modiano "Bulvar üzüyü" romanına gorə Fransa Milli Akademiyasının “Qran pri”sini aldı və 1978-ci ildə “Qaranlıq piştaxtalar küçəsi” romanı üçün Goncourt mükafatına layiq görüldü. O, yazıçının ən məşhur kitabı olaraq qalir. Kitab yaddaşını itirmiş və deduksiya metodunun köməyi ilə öz tərcümeyi-halını bərpa etməyə çalışan detektivdən bəhs edir.

Modianonun birinci kitabı olan "Ulduzun meydanı" yəhudi mövzusuna və antisemitizmə həsr edilmişdi. Bu kitabı Modiano 18 yaşında yazmışdı.

Patrik Modiano bu fəxri mükafata layiq görülmüş on beşinci fransız yazıçısıdır.

Patrik Modiano 1970-ci ildən evlidir, iki qızı var. 2000-ci ildə Kann Kino Festivalinin münsiflər heyətinin üzvü idi.

Modianonun əsərləri bir neçə dəfə ekranlaşdırılıb, dünyanın bir çox dillərinə tərcümə edilib.

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər