Allahın Şeytan hekayəsi

Allahın Şeytan hekayəsi
3 fevral 2017
# 13:03

Əlif Cahangirin “Özüm-özümə" hekayəsini təqdim edir.

Gəlib-gəlib seçim qarşısında dayanmaq çox çətin gəlirdi.

Hərdən özüm-özümə deyirəm ki… Nə qəribədir...

Təbəssümlə “özüm-özümə” demək...

Təsəvvür edirsən?

Özüm özümdən savayı olan özümə deyirəm:

Bütün səhvlərdə bədbəxt şeytanı günahlandırmaq necə də asandı...

Bu gün içmək istədim və içdim, yatıb durdum.

- Niyə içdin?

- Nəhlət şeytana!

- Şeytana? Şeytan niyə? O hardan çıxdı?

Mən nəyisə edirəm və əvəzində səni, yaxud bir başqasını və ən nəhayət bu söhbətin sonu gedib çıxır, sonuncunun tapa bilmədiyi bir kimsəyə...

O da, öz növbəsində kimisə günahlandırmalıdı.

Bu kimsə olmayanda isə adını qoyur "Şeytan".

Hirslə:

- Şeytan! İblis, hər şeyə bayis!

- Bəs hər şeyə bais olan iblis nədir ?

Bu sual təpədən dırnağa kimi bütün ağırlığıyla vücudumu bürüyüb.

Nədi axı bu Şeytan? (Düşünür, hərəkət edir)

Bəlkə seçimdi, bəlkə bir informasiyadır?

Bəli, özüdü ki var, müşahidələrim nəticəsində yığılıb qalan, şüuraltı informasiya.

Axı edəcəyimiz yanlışı və doğrunu bilirik.

Biz yanlışın yanlış olduğunu bilərək onu edirik.

Yanlış etdiyimiz hər hansısa bir şeyi doğru bildiyimiz üçün etmirik.

Maraqlı orasındadır ki, yanlış olduğunu bildiyimiz üçün edirik.

Bəs niyə edirik? Şeytanmı vadar edir?

Bəli, əslində artıq cavab ortadadır.

Sənin bilərəkdən etdiyin səhvləri, sənə etdirənin adı, sənsən!

Şeytan da səndədir, Allah da!

Hansını istifadə etsən, o olacaqsan!

- Bəs Şeytan? O nə oldu? Allah axı öz müqəddəs kitabında şeytanın varlığından bəhs edir.

Sən Allaha, “Quran”a inanmırsan?

Qışqırır:

- İnanıram!

- O zaman Şeytanın da varlığını qəbul edirsən!

Yenə də eyni aqressiyayla:

- Bəli edirəm!

- Təzad var.

Yenə eyni hirslə:

- Yoxdu təzad! Kim dedi ki, təzad var? Əgər bütün bu dediklərimə rəğmən bir şey anlamayıb, Allahın Şeytan hekayəsi ilə nə dediyini bilmək istəsən...

Özünə sual et: Bəs şeytanı yoldan çıxaran nə idi?

# 2889 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər