Türkün yeni variantı

Türkün yeni variantı
25 oktyabr 2012
# 11:07

Azadlığa gecikənlər

Azadlığa gecikənlərik biz. Hər dəfə yolumuzun üstündə portmanat görüb onu qaldırırıq. İçindəki 5-3 manatı saymağa sərf edirik Azadlığa çatmaq üçün ayrılan vaxtımızı və nəfəsimizi. Sonra da qaçaraq gəlib sahildə oturub gəminin, hava limanında oturub təyyarənin, vağzalda oturub qatarın başqalarını Azadlığa necə apardığını seyr edirik. Bizim Azadlığımız əslində mühərriki köhnə və tüstüləyən avtobusa bənzəyir. Nə qədər ləng gedir, ilişir, yavaşıdır ki, ona çataq, gecikib buraxırıq. Sonra da dayanacaqda oturub sürünə sürünə gedən avtobusun sürətindən gileylənirik...

Bir azdan yenə araya qar yağacaq. Yenə odun axtarışı haldan salacaq bizi. Yenə yaza yorğun çıxacağıq. Yenə başımız yaydan payızadək kartof, lobiya nübarına qarışacaq. Sonra yenə kiminsə küçəyə düşən lənətə gəlmiş portmanatı, yarıda qırılan vaxt və nəfəs, tüstüləyən avtobus, uzaqlaşan Azadlıq...

Baxın, bəxtimizdən qış da ləngiyir. Oktyabr yaya qışdan daha çox oxşayır. Ay da bizə şans vermək, hay vermirik... Durun qaçaq, azadlığımızın dalınca. Bəlkə də görsə ki, qaçırıq, dayanar...

Türkün yeni variantı

Əvvəllər mən Onu yalnız televizorda və internetdə görmüşdüm. Kliplərini seyr etmişdim. Əlbəttə ki, bəyənmişdim. Amma sevmək üçün sözsüz ki, bu yetərli deyildi...

Onunla Bakıdakı barların birində tanış olduq. Oturub pivə içirdik. Dostlarımızın biri ilə gəldi. Hamı ilə görüşüb əyləşdi. Söhbəti ürəyimcə oldu. Danışığından torpaq qoxusu, məmləkət havası gəlirdi...

Dostlar bilir ki, bir yerdə oturduqdan sonra məclisi başqa yerdə hətta çay süfrəsi ilə də davam etdirməyi xoşlamıram. Amma həmin gün çay içməyə getdim. Təfəkkürü çox xoşuma gəlmişdi. Ona görə söhbətin ardının dalınca getdim əslində...

Danışmırdım, sadəcə dinləyirdim. O isə yazar dostlarımızdan birinə Şah İsmayıl Xətaini tanıtmağa cəhd edirdi. Çalışırdı anlatsın ki, Şah İsmayıl çox böyük bir dövlət adamı, sərkərdə olub. Və onun haqqında yazanda diqqətli olmaq şərtdir. Fikrini əsaslandırmaq üçün bir də görürdüm İrandan, Turandan çıxıb Çinə, Hindistana gedir misallarında. Arada qızışır, yazar dostumuzun Şah İsmayıl haqqında düz fikirdə olmadığını təkrar izah etməyə çalışırdı...

Dinlədikcə anlayırdım ki, əslində onun dərdi Şah İsmayıl yox, bütövlükdə Turan və insanlıqdır...

İlk dəfə idi ki, belə çox bilgili bir incəsənət adamı görürdüm. Özü də bayağı millətçiliyə yox, bəşəri dəyərlərə söykənən təəssübkeş. O nə tipik türk, nə də tipik azərbaycanlı kimi danışırdı. Fərqli idi. Sevdim həmin gün Onu. Anladım ki, köhnə dostumu tapmışam...

Həmin gün hiss etdim ki, yenicə tanış olduğum o uzun saçlı, hündür boylu, cüssəli, geniş alınlı (beləsinin alnına nə qədər desən xoşbəxtlik və bədbəxtlik yazmaq olar, hamısını daşıyacaq) həssas qəlbli, polad ürəkli adam əslində türkün orjinalını keçmişdən götürüb gələcəyə aparan çox dəyərli bir fikir adamıdır...

Yəqin ki, gələcəyin siyasət adamları məhz belə savadlı sənətçilər olacaqlar...

Sənətilə qazandığı sevənlərini bilgisi ilə ayağa qaldırıb, iradəsilə azadlığa aparan həqiqi sənət adamları...

Bu qənaətə mən Onu görəndən sonra gəldim...

Həmin adam tanınmış Türk Yazarı və Sanatçısı Ahmet Şafak idi...

facebook.com/ilqar.rasul

# 4649 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

15:30 18 iyul 2025
# # #