Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında
19 fevral 2025
# 09:17

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə festivalda öz pavilyonu ilə təmsil olunur.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, agentliyin əməkdaşı Səbinə Bağırova, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri və bir qrup azərbaycanlı rejissor və prodüser festivalda və Avropa Film Bazarında (European Film Market - EFM) iştirak edirlər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüşlər keçirir, müzakirələr aparır.

Dünyanın aparıcı kino mərkəzləri və istehsalçı şirkətləri öz film və layihələrini festival çərçivəsində keçirilən EFM-də təqdim edirlər.

Qeyd edək ki, festival rejissor Tom Tikverin "İşıq" (The Light) filminin nümayişi ilə başlayıb. Berlinaledə 19 film baş mükafat olan “Qızıl ayı” uğrunda yarışır.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər