Kal bir hekayədənsə, dəymiş şeir daha dadlı olar - Hekayə müzakirəsi

Kal bir hekayədənsə, dəymiş şeir daha dadlı olar - Hekayə müzakirəsi
7 mart 2024
# 14:08

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən El Romanın "Pomada" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Məhkəməsiz - Alpay Azərin yeni hekayəsi

Alpay Azər:

"Hekayənin ideyası (insanın bəzən ona xırda görünə bilən bir şeyi bilmək istəyi, bu istəyin onu daima narahat etməsi) böyük olmasa da, maraqlıdır. Amma müəllif, məncə, bunu bədii müstəvidə həll edə bilməyib. Yəni pomadanın dadını bilmək insanı o cür hala, dəli vəziyyətinə gətirə bilməz və buna görə Sabirin tində dayanan üç oğlana pomadanın dadıyla bağlı verdiyi sual, əvəzində yumruq yeməsi detalı mənə inandırıcı gəlmədi. Eləcə də psixoloqla bağlı olan detal da hekayəyə nəsə vermir. Müəllifə uğurlar".

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Sevinc Elsevər:

"Maraqla oxudum, axıcı sadə hekayə idi. Gözlənilməz sonluqlu hekayələri xoşlayıram. Bu da o cür hekayə idi. 8 mart ərəfəsi də yerinə düşən hekayədir. "Qadınlar nə istəyir?" - kişilərin əbədi-əzəli sualı qoyulur hekayədə. Yaxın dostun "başqa bir adam çıxmağı" barədə ayrı hekayədə də oxumuşdum. Süjet o hekayədəkindən fərqlidir amma".

Dərmansız - Təvəkkül Boysunar

Təvəkkül Boysunar:

"Yəqin, müəllif gəncdir deyə, mətn, hadisələr, obrazların həyatı, təlaşı, həyəcanı, mətndəki situasiya və konflikt çox süni alınıb. Amma iş orasındadır ki, müəllif bu gəncliyə rəğmən və ya bu gənclik sayəsində gözəl və qüsursuz şeirlər də yaza bilir. El Roman ədəbi mühitdə həqiqi şairlik istedadına malik gənclərdən biridir və sevərək oxuduğum gözəl şeirləri var. Ancaq bu mətn mənə süni və uğursuz görsəndi. Buna baxmayaraq onu bir məqama görə təbrik etmək olar ki, ən azından Sovet ədəbiyyatının təsirində deyil və nə vaxtsa təzə, gözəl nəsr nümunələri yarada bilər. Uğur arzulayıram".

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

"Hadisələr öz bədii həllini tapmadan sürətlə dəyişir. Elə bil, yuxu görürsən. Ancaq bunun üslub olmadığını da rahatlıqla başa düşürsən. Elromanın təsvirləri də köhnədir. Müəllifdən oxuduğum ilk hekayədir. Bəlkə də, bu uğursuz hekayəni onun təcrübəsizliyinin ayağına yazmaq olar. Düşünürəm ki, davam etsə, hekayə ilə demək istədiklərini daha aydın oxucuya çatdıracaq. Əks halda, kal bir hekayədənsə, dəymiş şeir daha dadlı olar".

# 2154 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
# # #