Bu gün yəhudi əsilli ABŞ yazıçısı, Nobel Sülh Mükafatı laureatı Elie Vizelin anım günüdür.
Kulis.az onun sitatlarını təqdim edir.
Gözəl günlər geridə qalmışdı.
***
Artıq bitdi, Tanrı bizimlə deyil.
***
Tək bir bədən kimi yerə yıxıldıq.
***
Həyatın əksi ölüm deyil, laqeydlikdir.
***
Dünən susanlar, sabah da susacaqlar.
***
Sükut işgəncə verəni cəsarətləndirir, zülm isə artır.
***
Şər öz işinə başlayanda ona daha bir şans daha vermə.
***
Tərəfsizlik – məzluma təzyiq göstərənin tərəfini tutmaq deməkdir.
***
Deyəcək çox sözüm var idi, lakin onları ifadə edəcək kəlmələrim yox idi.
***
Bizə dərindən təsir edən şeylər hər zaman birbaşa daxilində olduğumuz şəraitlər olmaya bilər.
***
İnsanların acı çəkdiyi və alçaldıldığı anlarda mən əsla səssiz qalmayacağam. Biz hər zaman tərəf tutmalıyıq.
***
Əgər şahid bütün gücünü toplayaraq şahidlik etməyi seçibsə, bu, bugünün gəncləri və sabah doğulacaq uşaqlar üçündür.
***
Ədalətsizliyin qarşısını almağa gücünüzün çatmadığı zamanlar ola bilər, lakin etiraz etməyi bacarmadığınız bir zaman əsla olmamalıdır.
***
Həyata güvənin, min dəfə güvənin. Ümidsizliyinizi qovun. Beləliklə, ölümü də özünüzdən uzaqlaşdırmış olacaqsınız. Cəhənnəm sonsuza qədər sürməz.
***
Atam ağlayırdı. Onu ilk dəfə idi ağlayan görürdüm. Onun ağlaya biləcəyi heç ağlıma da gəlməzdi. Anam isə üzündə heç bir ifadə olmadan, tək bir kəlmə belə kəsmədən, düşüncəli şəkildə addımlayırdı.