İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?
1 iyul 2026
# 12:10

Türkiyənin İsparta vilayətinin Yalvaç rayonunda 1600 metr yüksəklikdə yerləşən Gemen dağının zirvəsindəki 113 illik arxeoloji sirr nəhayət ki, öz həllini tapıb.

Kulis.az xəbər verir ki, Ay Tanrısı Menin adına inşa edilmiş müqəddəs ərazidə hələ 1912-1913-cü illərdə aparılan qazıntılar zamanı məbəd olduğu ehtimal edilən bir tikili tapılmışdı.

O dövrdə bu tikilinin antik yunan mifologiyasında kənd təsərrüfatı, bərəkət, məhsul və ana sevgisi ilahəsi kimi tanınan Demetraya aid ola biləcəyi düşünülsə də, məbədə heç bir rəsmi ad verilməmişdi.

İllərlə sadəcə "Kiçik məbəd" olaraq adlandırılan bu tarixi strukturun, son vaxtlar aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində əslində, İlahə Hekataya aid olduğu məlum olub.

Yeni tapıntılar və sənədləşdirmə

Süleyman Dəmirəl Universiteti Fənn-Ədəbiyyat fakültəsinin Arxeologiya şöbəsinin müəllimi, professor Mehmet Özhanlının rəhbərliyi ilə həyata keçirilən qazıntılar və ərazidə aşkar edilən artefaktlar üzərindəki araşdırmalar nəticəsində 113 il əvvəl üzə çıxarılan bu məbədin sirri açılıb. Məbədin İlahə Hekataya məxsus olduğu elmi şəkildə sənədləşdirilib və hazırda əraziyə Hekata məbədinin xüsusiyyətlərini, eləcə də ilahə haqqında məlumatları əks etdirən xüsusi lövhə yerləşdirilib.

Təxminən 18 ildir sözügedən bölgədə qazıntı işlərinə rəhbərlik edən professor Özhanlı mətbuata açıqlamasında kəşfin detallarını bu sözlərlə bölüşüb:

"Builki ən böyük kəşfimiz qayalığın düz qarşısında inşa edilmiş bu kiçik məbəd oldu. Bura 1912-1913-cü illərdə qazılıb, amma səhvən "Demetra məbədi" kimi təqdim olunub. Demetra yunan ilahəsidir. Ancaq bizim burada apardığımız tədqiqatlarda bu məkanın Anadolunun yerli ilahəsi olan Hekataya aid bir məbəd olduğunu sənədləşdirdik. Çünki həm əvvəlki, həm də bizim apardığımız qazıntılar zamanı İlahə Hekatanın fiqurları və qabartmaları tapılıb. Məkanın Ay Tanrısı Men ilə birbaşa əlaqəli olması da buranın məhz Hekata məbədi olduğunu tamamilə sübut edir".

# 522 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər