Məşhur mükafatın qalibi açıqlandı

Məşhur mükafatın qalibi açıqlandı
17 oktyabr 2012
# 10:05
İngilis yazıçı Hilari Mentel “Man Booker” tarixində iki dəfə qalib gəlmiş ilk qadındır.

Kulis.az “Guardian” qəzetinə istinadən xəbər verir ki, ona uğur gətirən “Bədənləri gətirin” adlı tarixi əsər Oliver Kromvelin həyatı trilogiyasının ikinci əsəridir. İlk “Booker”i də yazıçıya elə bu trilogiyanın birinci əsəri - “Canavar zalı” gətirib. Mentel trilogiyanın üçüncüsünü – “Güzgü və işıq” əsərini 2015-ci ildə bitirəcəyinə söz verib.

Mükafatı qəbul edəndə Mentel zarafatla: “20 il “Booker”i gözlədim və ikisi birdən gəldi”,- deyib.

Mükafatın jüri heyətinin başçısı ser Piter Stothard onu “müasir ingilis ədəbiyyatının ən böyük yazıçısı” adlandıraraq bunları əlavə edib: “Fəxr edirik ki, onun yazdığı dövrdə yaşayırıq. Burada başqa yaxşı əsərlər də vardı, amma heç biri ikinci dəfə oxumağa yaramırdı. Biz mükafatı elə əsərə veririk ki, onu on ildən sonra da oxucu əsərdə yeni və fərqli şeylər aşkar edə bilsin”.

Yazıçıdan 2009-cu ildə 50 min funt sterlinq dəyərindəki mükafatı nəyə xərcləyəcəyini soruşanda zarafatla “Seks, narkotik və rok`n`roll” desə də, bu il “qocalıq təqaüdüm kimi xərcləyəcəyəm” deyib.

Bildirək ki, mükafatın keçən ilki qalibi Culian Barns “Sonun yaxınlaşması hissi” əsəri ilə olub.

Günel Əsgərzadə
# 2356 dəfə oxunub

Oxşar xəbərlər

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər