Yazıçılar Birliyinin sədrliyinə yeni namizəd

Yazıçılar Birliyinin sədrliyinə yeni namizəd
20 aprel 2011
# 09:38
Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının vaxtı hələ dəqiqləşməsə də, qurum daxilində qrupdaxili mübarizə çoxdan başlayıb. AYB sədri postu uğrunda gizli savaşa qoşulanlar arasında isə daha çox birliyin üzvü, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin adı hallanır. E.Hüseynbəylinin sədr olmaq üçün ciddi-cəhdlə mübarizəyə girişdiyi və ətrafına tərəfdarlar toplamağa çalışdığı vurğulanır. Ancaq hələlik bu mübarizə gizli şəkildə aparılır.

Qeyd edək ki, E.Hüseynbəyli mətbuata açıqlamasında dəfələrlə Yazıçılar Birliyini tənqid edib. Məsələn o, ötən il AYB-nin ətalətdə olan qurum adlandırmışdı: “Ədəbi proseslərin öləziməsində Yazıçılar Birliyi heç də sonuncu rolu oynamır. Birliyimiz hazırkı ətalətdən qurtulmalıdır”.
Verilən məlumatlara görə, E.Hüseynbəyli AYB-dəki yaxın ətrafına özünün qurum sədrliyinə ən şanslı və uğurlu namizəd olduğunu sübut etmək üçün səylər göstərir, həmçinin namizədliyinin dəstəklənməsi üçün özünə “dəstə toplayır” və qurultayda Anara qarşı çıxacaq. Yəni həmin qrup E.Hüseynbəylinin xeyrinə birlik üzvləri arasında təbliğat aparmalı və onun namizədliyinin üzvlərini əksəriyyətinin dəstəyini qazanmasına nail olmalıdır. Amma maraqlıdır ki, E.Hüseynbəyli yayılan məlumatları təsdiqləmir. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, heç vaxt sədr olmağa iddiasını dilə gətirməyib: “Heç vaxt deməmişəm ki, sədr olmağa iddialıyam. Sadəcə, məni birliyin sədri kimi görənlər və bunu təklif edənlər var. Bizim ağsaqqalımız Anardır, birinci o fikrini bildirməlidir. Əgər o, namizədliyini verməsə, potensial iddiaçılar namizədlik barədə düşünə bilərlər ki, kim daha çox yararlıdır, kimin şansı böyükdür və sair. Anar müəllim deyib ki, fikrini qurultayqabağı bildirəcək. Mən ağsaqqalı əzib keçən adamlardan deyiləm. Ancaq müəyyən adamların fikri var ki, Anar müəllim namizədliyini verməsə, mənim sədr kimi namizədliyimi irəli sürsünlər”. Xatırladaq ki, E.Hüseynbəyli bir müddət əvvəl də açıqlamasında bildirmişdi ki, qurum sədrliyinə iddialılar məsələsində bir neçə namizədin adı hallanır: “Özləri bu barədə fikir bildirmədiklərinə görə o adamların adlarını açıqlamaq istəmirəm. Həmin siyahıda mənim də adım var”.

Yeni Müsavat
# 2022 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

12:40 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər