Gecələr al qoynuna, gündüz buxovla məni - EROTİK BAYATILAR

Gecələr al qoynuna, gündüz buxovla məni - EROTİK BAYATILAR
22 iyul 2011
# 06:00
Həsrətəm yara mən də,
Xizmətə yara, mən də,
Xizrə yetir Muqbili,
Ləblərin yar əməndə.

**

Göründü baldır ağı,
Ləbindir, bal durağı,
Gəl öldürmə Aşiqi,
Sənə babaldır ağı.

**

Dağların göy sinəsi,
Göy çimən, göy sinənə,
Yarı qəflət apardı,
Açıldı, göy sinəsi.

**

Dan yeri qızaranda,
Qız, məmən qızaranda,
Qalsa qoy oğlan qalsın,
Qalmasın qız aranda.

**

Mən aşıqəm nərgizlər,
Açılıbdır nərgizlər,
Ər istəyən maya gördüm,
Sinəsində nər gizlər.

**

Qurban dərdin yüzündə,
Ləbin əmən yüzün də,
Nə mən dinim, nə sən, yar,
Yüzüm dursun yüzündə.


**

Mən Aşiq, Məməqana,
Yetibdir Məməqana,
Kəs başım sinəm üstə,
Qoy batsın məmə qana.

**

Pənahı, öp ənahı,
Zülf üzün o pənahı,
Sənsən Kəbə sarayı,
Çəkərmi öpən ahı?

**

Mən Aşiq hindi zülfün,
Gərdəndə mindi zülfi,
Altın yastıq, üstün qol,
Qorxuram, sındı zülfün.
Dəstələ qoy qoynuna,
Qan eylər indi zülfün.

**
Ləbin bir qədəh meydir,
İçən əbədi heydir,
Bab der: mənim dostum,
İki mim, bir dal, heydir (Məhəmməd).

**

Qarşımızda, nə sən get,
Doğra bağrım, nə sən get,
Aşiq der : bu yastıqdan,
Nə mən durum, nə sən get.

**

Aşiqəm, yara məndə,
Sızıldar yara məndə,
Ölür olsam dirilləm,
Ləbindən yar əməndə.

**

Əzizim ya Qarqar,
Xaçın, Tərtər ya Qarqar,
Gözü yolda yar qoysan,
Ya solunur, ya qarqar,
Bəyaz məmə, ağ sinə,
Utanmazmı yağar qar?

**

Mən aşiqəm, yad ellər,
Yad ölkələr, yad ellər,
Belə sərxoş gəzənin,
Şamamasın yad əllər.

**

Mən Aşiq üzmə barı,
O zülfün düzmə barı,
Yarlığı bacarmadın,
Aşnalığı üzmə barı.

**

Mən Aşıq, haramısan,
Zülflərin daramısan,
Heç də gözəl deyilsən,
Kefimə yaramısan.

**

Mən Aşiq, yazma məni,
Al qələm, yaz məməni,
Olaydım qış kürsüdə,
Əməydim yaz məməni.

**

Aşiqəm, haray çimən,
Göy çimən, hər ay çimən,
İki məmən savaşanda,
Olaydım harayçı mən.

**

Aşiqəm, əyən gecə,
Dost boyunun əyən gecə,
Cəsəddə canım titrər,
Diz-dizə dəyən gecə.

**

Ağ maya düzdə qaldı,
Yükü Təbrizdə qaldı,
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.

**

Bu gələn yar olaydı,
Əlindəki nar olayı,
İkimiz bir köynəkdə,
Köynək də dar olaydı.

**

Kəkliyim, avla məni,
Dağlara qovla məni,
Gecələr al qoynuna,
Gündüz buxovla məni.

**

Bu gecə qıymmışam,
Baş yerə qoymamışam,
Sən məndən doymusansa,
Mən səndən doymamışam.
# 6575 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər