O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər

O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
26 yanvar 2021
# 16:44

Kulis.az Qismətin tərcüməsində Nabokovun "Sartrın ilk cəhdi" essesini təqdim edir.

Sartr 1939-cu ildə Nabokovun “Ümidsizlik” romanı haqqında tənqidi bir esse yazdı. Nabokov o ərəfədə bu yazıya geniş cavab vermədi, eləcə “axmaq bir məqalə yazan kommunist tənqidçi” deməklə kifayətləndi. Nabokovun gözündə Sartr nifrət etdiyi “ideoloji ədəbiyyat”ı təmsil edirdi. Düz on il sonra – 1949-cu ildə “The New-York Book Review” Nabokovdan xahiş etdi ki, Sartrın ingiliscə yenicə çap edilmiş “Ürəkbulanması” romanı haqqında bir rezensiya yazsın. Tərcüməçidən.

Belə başa düşürəm ki, Sartrın adını populyar kafe filosoflarıyla əlaqələndirmək olar və hər özünə “ekzistensialist” deyənin özünə bir neçə zəli, gənə, qırsaqqız, əmici (daha mədəni ifadə tapmadım) tapması kimi, görünür Sartrın ilk romanı “Ürəkbulanması” da ingiliscə tərcüməsiylə uğur qazanacaq.

Kobud yumoristik əsərləri çıxmaq şərtilə bir stomatoloqun israrla yanlış dişi çəkməsini təsəvvür etmək çox çətindir. Nəşriyyatlar və tərcüməçilər isə nədənsə həmişə bunu edirlər. Cənab Aleksandırın tərcümə xətalarından geniş danışmağa həvəsim yoxdur. Bir neçəsinə baxaq:

1. Yığdıqlarıyla özünə cavan bir ər satın alan qadın” – cümləsini tərcüməçi “Özünü və yığdıqlarını gənc ərinə təqdim edən qadın” kimi çevirib.

2. “Pəjmürdə və pis niyyətli görünürdü” – cümləsindəki sifətlər deyəsən cənab Aleksandrı çaşdırıb, belə ki, cümlənin axırını gətirə bilməyib, yəqin fikirləşib ki, kimsə cümləni özü tamamlayar. Ancaq heç kim tamamlamayıb və tərcümədə cümlədə eləcə “görünüş” şəklində qalıb.

3. Fransız yazıçı Ghennoya edilən işarə kitabda “Gehennalı qoca kişi” kimi gedib.

Ümumiyyətlə, ədəbi dəyər baxımından “Ürəkbulanması” romanının tərcüməyə layiqli olub-olmaması ayrıca mübahisə mövzusudur. Bu əsər Barbüs, Selin və bu tiplu ikinci dərəcəli yazıçılar tərəfindən məşhurlaşdırılan gərgin görünən, əslində isə hədsiz boş olan şəkildə yazılıb. Roman Dostoyevskinin ən pis əsərlərinindən də geridədir, melodramatik rusların çox sevdikləri Ejen Syudan da aşağıdadır. Əsər, əslində, bir neçə inandırıcı olmayan səyahətdən sonra Normandiyaya gedərək tarix araşdırmalarını yekunlaşdırmaq istəyən Rokentenin gündəliyidir (“şənbə səhəri”, “saat 11” – bu tipli sönük şeylərlə doludur.)

Rokenten çayxana və kitabxana arasında var-gəl edərkən söhbətcil bir homoseksuala rast gəlir, onunla razılaşaraq gündəlik tutur və axırda onun köhnə həyat yoldaşıyla uzun, darıxdırıcı bir söhbətə girişir.

Kafedəki qrammafondan yüksələn amerikan mahnısına da böyük önəm verilib. “Bəzi günlər mənim üçün darıxacaqsan, əzizim” Rokenten həyatda həmin mahnını yazan yəhudini və oxuyan zənci qadını “varlığın içində boğulmaqdan” xilas edən nəğmə kimi konkret olmaq istəyir.

Məcbul bir kəhanət kimi, nəğmənin bəstəkarını bir göydələnin iyirmi birinci mərtəbəsində mahnılarını bəstələyən, üzü təraşlı, “barmaqlarına xeyli üzük taxmış”, “qara qaşlı” bir Bruklinli kimi təsəvvür edir. Hərarət dözülməzdir. Çox güman ki, bu vaxt Tom (yəqin ki, dostudur) cibində bir içki şüşəsiylə gəlir və onlar içməyə girişirlər. (“ağzına qədər doldurulmuş viski bakalları” – tərcüməçinin dəbdəbəli sözləriylə desək).

Zəhmət çəkib araşdırdım və öyrəndim ki, sözügedən mahnı əslində Sofi Takerin və kanadalı Şelton Bruksun oxuduğu bir mahnıdır.

Belə demək mümkünsə, kitabın düyün nöqtəsi Rokentenin qəfildən ürəkbulanmasının absurd və amorf, ancaq konkret olan dünyanın onun üzərində yaratdığı təzyiqdən yarandığını kəşf etməsidir.

Əfsus ki, romanda bütün bunlar eləcə mental səviyyədə qalır, amma bu kəşf əsərin qalan hissəsinə çox da təsir etməyən xarakterdə də ola bilərmiş, deyək ki, solipsistik xarakterdə. Əgər bir yazıçı köməyə ehtiyacı olan personaj vasitəsilə öz düşüncələrini və avara fəlsəfi xülyalarını hamıya qəbul etdirmək istəyirsə, bunun üçün çox istedadlı olmalıdır. Dünyanın mövcud olduğuna qərar verəndə Rokenten heç kimlə ciddi konfliktə girmir. Dünyanı bir sənət əsərinin içində yenidən yaratmaq Sartrın bacaracağı iş deyil.

1949

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #