Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa
7 may 2026
# 14:47

İyunun 20-də "Ritual" teatr və yaradıcılıq laboratoriyasında "KUT" teatrının insanın monoton həyatının nəticələrinə həsr olunmuş yeni absurd tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsəri nəşriyyatda redaktor işləyən və olduqca yeknəsəq həyat tərzi sürən Balakişi Muradlı adlı personajın başına gələn qeyri-adi hadisələrdən bəhs edir.

Belə ki, kafedə əyləşən Balakişiyə yaxınlaşan tamamilə yad bir adam ondan təkidlə yaşadığı yerin tarixi, iş yeri və hətta ən məhrəm şəxsi həyatı barədə hesabat tələb etməyə başlayır.

Gözlənilməz təzyiq və suallar qarşısında qeyri-adekvat vəziyyətə düşən qəhrəmanın dünyası bir anda reallıqdan qopur. Hadisələrin gedişatında Balakişi nəinki bu suallarla çarpışır, hətta gözlənilmədən dünya şöhrətli aktrisa Merilin Monro və dahi rus şairi Aleksandr Puşkinlə həmsöhbət olur. Tamaşanın əsas ideyası insanın mənasız və monoton həyat tərzinin gətirib çıxardığı psixoloji və absurd nəticələri tamaşaçıya fərqli prizmadan çatdırmaqdır.

Əsərin müəllifi və quruluşçu rejissoru Abdulla Elşadlı, prodüseri isə Murad Hacızadədir. Səhnə işində "Xırdalan sakini", yəni Balakişi Muradlı obrazını aktyor Cəmil Əhmədov canlandırır.

Qeyd edək ki, bu fərqli teatr təcrübəsini eyni anda cəmi 30 nəfər yaşaya biləcək. İyunun 20-si saat 19:00-da "Ritual" teatr və yaradıcılıq laboratoriyasında baş tutacaq bu eksklüziv nümayiş üçün yerlər məhduddur. Təşkilatçılar bu absurd və maraqlı hekayəyə şahidlik etmək istəyən teatrsevərləri bilet əldə etməyə tələsməyə çağırır.

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər