Dindarlar teatrın kandarına donuz başı atdılar - FOTOLAR

Dindarlar teatrın kandarına donuz başı atdılar - FOTOLAR
2 aprel 2015
# 11:20

Rusiyada Pravoslav aktivistləri A.Çexov adına Moskva Bədaye Teatrının kandarına donuz başı qoyub. Bununla onlar Konstantin Boqomolovun “İdeal ər” tamaşasına etirazlarını bildiriblər. Kulisin lenta.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Allahın iradəsi” ictimai hərəkatının Enteo ləqəbli lideri Dmitri Tseriopnov özü xəbər verib.

“Oleq Tabakov, Konstantin Boqomolov və MBT-nin səhnəsində kafirlik edən başqaları müqəddəslərə istehza etməklə rus xalqını “donuz” yerinə qoyurlar. Bunun özünü “donuzluqdan” başqa nəsə adlandırmaq mümkün deyil. Maskalar altında gizlənən və onları cıran ölüm onu göstərir ki, Tanrıya istehza etmək olmaz, asi rişxəndçi onun məhkəməsindən qaça bilməz” – deyə bu aktivistlər sosial şəbəkələrdə yazıblar.

“Allahın iradəsi” hərəkatının tərəfdarları teatrın qarşısına yığışıblar. Onlardan biri ölümü obrazlaşdıran kostyum geyinmiş biri, maska taxmış o biri aksiya iştirakçılarının maskalarını cırıb və teatrın səhnəsinə tolazlayıblar. Bundan əlavə, onlar tamaşanın repertuardan çıxarılmasını tələb edirlər və Baş prokurorluğa şikayətlə müraciət ediblər.

Bundan əvvəl, 2013-cü ildə aktivistlər Boqomolovun tamaşasına etirazlarını bildirmişdilər. O zamanlar tamaşa getdiyi yerdə səhnəyə çıxaraq, artistləri pravoslav inancını ələ salmaqda və İsa Məsihə nifrət etməkdə ittiham etmişdilər. Teatrın əməkdaşları və tamaşaçılar aksiyaçıları səhnədən qova bilmişdilər, tamaşa isə davam etmişdi.

Qeyd edək ki, dindar tənqidçilər “İdeal ər” tamaşasında xaç simvoluna hörmətsizlik, narkomaniyaya, homoseksuallığa və eyş- işrətə çağırış görüblər. Bu tənqidlərə cavab olaraq Moskva Bədaye Teatrı tamaşada keşiş Artemiyanın obrazını yaradan aktyor Maksim Matveyevin bəyanatını nəşr etdirmişdi. Aktyor vurğulamışdı ki, kefcilliyə olan meylini allah inancı ilə pərdələyən keşiş obrazından söhbət gedir.

# 2025 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər