Azərbaycan filmi Polşada təqdim olundu POLKOVNİK

Azərbaycan filmi Polşada təqdim olundu <span style="color:red;"> POLKOVNİK
15 mart 2016
# 16:52

Varşavada Polşa ordusunun azərbaycanlı polkovniki Vəli Bəy Yadigara həsr olunmuş filmin premyerası baş tutub

14 mart 2014-cü ildə Polşanın paytaxtı Varşava şəhərində yerləşən İstiqlaliyyət Muzeyinin “Apoloniya” kino zalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyası tərəfindən hazırlanmış “Polkovnik” sənədli filminin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək iştirakçılara səfirlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verilib. Çıxışda, “Vəli bəy Yadigar, Azərbaycanlı, Polşa Ordusunun Polkovniki” kitabının aparılmış araşdırma nəticəsində toplanılan böyük sayda arxiv materialları əsasında nəşr olunmasının və “Polkovnik” sənədli filminin çəkilməsinin mühacir həyatı yaşamış azərbaycanlı zabitin keçdiyi həyat yolunu daha da aydınlaşdırdığı qeyd olunub.

Polkovnik Zıgmunt Qebetner və Yuzef Adamçık (Jozef Adamczyk) iştirakçılara Vəli bəy Yadigarla bağlı maraqlı xatirələrini danışıblar. Vəli bəy Yadigarın xatirəsinin yaşadılması və itirilməsi Azərbaycan və Polşa üçün vacib olduğu qeyd olunub.

Rejissor Tahir Əliyev çıxışında “Polkovnik” filminə ilk ictimai baxışın dünya kinematoqrafiyasının mərkəzlərindən biri olan Varşava şəhərində keçirilməsinin sevindirici olduğunu vurğulayıb. Tahir Əliyev Mədəniyyət və Turizm Nazirliyinə, “Salnamə” kinostudiyasına və səfirliyə filmin ərsəyə gəlməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

“Polkovnik” filminin təqdimatında PR Xarici İşlər Nazirliyi, PR Müdafiə Nazirliyi, Mazovetsk Vilayəti, Milli Yaddaş Institutu, Polşa Ordusu Muzeyi, Milli Müdafiə Akademiyası, 7 Süvari Polku muzeyinin nümayəndələri və Polşa ictimaətinin tanınmış simaları iştirak etmişdirlər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda “Polkovnik” filminin rejissoru Tahir Əliyev Səfirlik tərəfindən təsis edilmiş Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" xatirə medalı ilə təltif olunub.

Polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin ideya müəllifi Həsən Həsənov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

# 2186 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər