Qəbələdə ənənəvi musiqi festivalı keçiriləcək

Qəbələdə ənənəvi musiqi festivalı keçiriləcək
24 iyul 2017
# 13:24

Təbiətin ən gözəl rənglərinin bir-biri ilə ahəngdə olduğu Azərbaycanın ən əsas turizm regionlarından biri olan Qəbələ şəhəri hər il olduğu kimi bu il də klassik musiqi sevənləri qarşılamağa hazırlaşır.

29 iyul - 03 avqust tarixində Qəbələ konqres mərkəzində Qəbələ Musiqi Festivalı çərçivəsində bir çox ölkələrin kamera və klassik orkestrlərinin çıxışı baş tutacaq. 6 gün davam edəcək musiqi bayramı çərçivəsində hər gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, İngiltərənin Femusa kamera orkestri və digər qrupların çıxışları baş tutacaq.

Festival boyunca respublikanın ən mühüm sənətkarları Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin tanınmış musiqiçilərinin çıxışları klassik musiqi sevənlər üçün əsl bayram təntənəsi yaşadacaq.

Dünyaca məşhur musiqiçilər Fərhad Bədəlbəyli və Dmitri Yablonskinin bədii rəhbərliyi ilə hazırlanmış musiqi proqramı bütün musiqisevərlərin könlünü oxşayacaq. Festivalın həyata keçməsinə birbaşa dəstəyi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri və "Gilan Holding" göstərir. Festivalın ümumi hissəsi Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzində, açıq səma altında keçiriləcək və Qafqaz dağlarına açılan ən gözəl mənzərə ilə açıq səma altında konsert proqramı musiqi bayramına daha da rəngarənglik qatacaq.

- Qəbələ Musiqi Festivalı Haqqında -

2009-cu ildən başlayaraq hər il yay aylarında (iyul-avqust) Qəbələ şəhəri beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Bu il sayca 9-cu olun bu festival əsasən klassik musiqi sevənlər üçün nəzərdə tutulub. Bununla yanaşı, konsert proqramına muğam və caz ifaçıları da öz töhfələrini verirlər. Festivalın Qəbələ şəhərində keçirilməsinə baxmayaraq, festival çərçivəsində Qax və Şəki şəhərlərində də musiqi proqramı həyata keçirilir.

Daha ətraflı məlumat üçün: (+99450) 290-05-20

www.gabalamusicfestival.com

www.qafqazhotels.com

# 2229 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər