Şərif Ağayarın şeirlər kitabı çıxdı

Şərif Ağayarın şeirlər kitabı çıxdı
21 iyun 2013
# 13:32

Yazar Şərif Ağayarın “Pozuq fotoşəkillər” şeirlər kitabı işıq üzü görüb. Kulis.Azın məlumatına görə kitab “Zero” nəşriyyatının “Cib kitabları” seriyasından buraxılıb.

Ş.Ağayar yeni kitabı barədə bunları deyib: “Əslində oxucular məndən nəsr kitabları gözləyirlər. Bu yaxınlarda 39 hekayətdən ibarət bir kitab təqdim edəcəm. Sonra növbə irihəcmli əsərindir. O ki qaldı “Pozuq fotoşəkillər” kitabına, bu kitab “Zero” nəşriyyatının təşəbbüsü ilə buraxılıb. Məqsəd şeirlərdən ibarət yığcam, cibə yerləşəcək kitab hasilə gətirmək idi. Təşəkkür edirəm və alqışlayıram.

“Pozuq fotoşəkillər”də vaxtı ilə populyar olan epik şeirlərim yer alıb. Bu şeirlər bir silsilə idi. Bəzisi 2002-ci ildə çap olunan kitabda yer alsa da, çoxu sonra yazıldığından kənarda qalmışdı. Qərara gəldik ki, silsiləni bütövlükdə təqdim edək. Məncə maraqlıdır...
Kitabda yeni yazdığım başqa şeir nümunələri də var.
Belə... Az-az da olsa şeir yazıram...”

“Pozuq fotoşəkillər” “Cib kitabları” seriyasının sayca üçüncü kitabıdır. Bundan əvvəl nəşriyyatda Frans Kafkanın “İmperatorun sifarişi” (hekayələr) və Umberto Ekonun “Esselər” kitabları işıq üzü görüb.

Yaxın günlərdə “Pozuq fotoşəkillər” kitabının təqdimat və imza mərasimi keçiriləcək.

Kitabı şəhərin kitab mağazalarından və “Bizim market” şəbəkəsindən əldə etmək mümkündür. “Cib kitabı” seriyasından çıxan digər kitablar kimi “Pozuq fotoşəkillər”in də satış qiyməti 2,5 manatdır.

# 3837 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər