"Çıxış" teatrı festivalda iştirak edib

"Çıxış" teatrı festivalda iştirak edib
11 iyun 2018
# 18:09

"Çıxış" teatrı Mayın 22-dən İyunun 8-ə qədər davam edən Gürcüstan Respublikasının Kutaisi şəhərində keçirilən "Theatrical Kutaisi" Beynəlxalq Teatr Festivalından qayıdıb.

Kulis.az-ın verdiyi xəbərə görə, teatr festivala "Buffonada" tamaşası ilə qatılıb. Festivalda ölkəmizlə yanaşı Polşa, Litva, Latviya, Ukrayna, Türkiyə, İran və digər ölkələr də iştirak edib. Qeyd edək ki, "Çıxış" teatrı və truppanın aktyorları festvalın direktoru Levan Roxvadze tərəfindən "Uğurlu Çıxış"-a görə xüsusi diplomlarla təltif olunublar.

Tamaşada Nyu-Yorkda teatr təhsili almış həmyerlimiz Kəmalə İsrafilova və almaniyalı gənc aktyor Aron Eichhorn iştirak edirlər. Tamaşanın rəssamı Şahnaz Ağayeva, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın müəllifi və qurluşçu rejissoru İmam Həsənəvdur.

“Buffonada” tamaşası evsiz-eşiksiz, qayğı və sevgiyə böyük ehtiyac duyan iki klounun sevgi macərasından bəhs edən tragikomediyadır.

Xatırladaq ki, "Çıxış" mart ayında rejissor İmam Həsənov tərəfindən təsis olunan, Mirzə İbrahimov 22 ünvanında yerləşən müstəqil teatrdır.

# 2410 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər