Tanınmış diktor vəfat edib

Tanınmış diktor vəfat edib
1 mart 2013
# 16:04

“Mədəniyyət” kanalının baş redaktoru, Azərbaycanın tanınmış teleaparıcısı, əməkdar artist Hicran Hüseynov vəfat edib.

APA-nın məlumatına görə, H. Hüseynov bu gün müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Tanınmış diktor uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hicran Soltan oğlu Hüseynov 1942-ci il mayın 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram və Kino” aktyorluğu fakültəsini bitirib və təyinatla Sumqayıt Dövlət Dram teatrına aktyor kimi göndərilib. 1971-ci ildən AzTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib.

2006-cı ildə respublika prezidentinin fərmanı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.

# 3622 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər